SOCAR keçən ay 74,3 min tondan çox dizel yanacağı ixrac edib

3-11-2015, 00:00
700

http://s020.radikal.ru/i714/1511/b8/7de7d5f2ea90.jpg


Azərbaycan Respublikası Dövlət Neft Ећirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar idarəsi oktyabrda 74 min 317 ton dizel yanacağı və 23 min 166 ton təyyarə yanacağı ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, yanvar-oktyabr aylarında ümumilikdə 781 min 599 ton dizel yanacağı, 201 min 360 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac olunub. Oktyabrda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 485,31 dollar, təyyarə yanacağının qiyməti - 454,88 dollar, dizel yanacağının qiyməti - 433,11 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 231,63 dollar təşkil edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: