все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

9 NOYABR

Просмотров: 191
http://s14.radikal.ru/i187/1607/09/8ad5b5a36af4.jpg

1918-ci il. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü.
Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.

2009-cu il noyabrın 9-da - Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub.

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub.

1991-ci il. Türkiyə Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olub.

1818-ci il. Realist rus ədəbiyyatı və ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutan məşhur yazıçı İvan Sergeyeviç Turgenev anadan olub. Onun mənsur şeirləri, hekayə və povestlərində çar Rusiyasının əsas təzadı - kəndlilərlə mülkədarlar arasındakı sosial-tarixi ziddiyyət öz əksini tapıb.

1906-cı il. ABŞ Prezidenti Teodor Ruzvelt (1901-1909) xarici ölkəyə səfər edən ilk dövlət başçısı kimi Birləşmiş Ştatların tarixinə düşüb. O, Panama kanalının inşası işləri ilə tanış olmaq üçün bu ölkəyə səfər edib.

1990-cı il. Mari Robinson İrlandiya tarixində ilk qadın prezident olub.

Mənbə: [url=http://www.azertag.az]http://www.azertag.az[/url
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов