все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

«Azərikimya» İB-də «Ümumdünya Əməyin Mühafizəsi günü» ilə əlaqədar tədbir keçirilmişdir

Просмотров: 227
http://s019.radikal.ru/i609/1704/2b/4b5bd406f6f8.jpg


Aprelin 27-də «Azərikimya» İstehsalat Birliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Birliyin idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sahə rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəs¬sislərin iştirakı ilə geniş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə «Azərikimya» İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi, ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açaraq, dünyanın diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel «Ümum¬dünya əməyin mühafizəsi günü» elan edildiyini vurğulamış, bu ilin mövzusunun "Optimallaşma, əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi" olduğunu diqqətə çatdırmışdır.
Sonra Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsinin bu mövzu ilə əlaqədar təqdimatı dinlənilmişdir. Qeyd olunmuşdur ki, bu gün «Azərikimya» İB-də istehsalatın bütün sahələrində işçilər üçün normal, təhlükəsiz və zərərsiz iş şəraiti yaradılmaqdadır və kimyaçıların sağlamlığına ziyan yetirə biləcək bütün texniki nasazlıqların aradan qaldırılması istiqamətində əməli tədbirlər görülür. Ötən dövr ərzində İstehsalat Birliyinin müəssisələrində mühəndis-texniki işçi¬lər və fəhlələr arasında maariflən¬dirmə işinin aparılmasına geniş yer verilmiş, təhlükəsizlik texnikası qaydalarına həsr olunmuş xüsusi təqdi¬matlar hazırlanaraq, işçilərin nəzərinə çatdırılmışdır.
Tədbirdə “EP-300” qurğusunda 2016-2019-cu illəri əhatə edəcək yenidənqurma, modernizasiya və yeni qurğuların tikintisi işlərinin icrası ilə əlaqədar olaraq mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət və s. funksiyasının yerinə yetirilməsi üçün PMC qismində layihəyə cəlb olunmuş “SOCAR-KBR” birgə müəssisəsinin təhlükəsizlik üzrə meneceri Michel Edgardın yeni layihələrin icrası zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyəti ilə əlaqədar təqdimatı dinlənilmişdir.
Qarşıda duran vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılan tədbirin sonunda “Etilen-Polietilen” zavodunun və Təmir-tikinti İdarəsinin 10 nəfər əməkdaşına əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarına düzgün əməl edilməsində fərqləndiklərinə görə “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim edilmişdir.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов