все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Şuşa şəhərinin işğalının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Просмотров: 362
http://s018.radikal.ru/i509/1705/c8/b34863dd1436.jpg


 http://s019.radikal.ru/i643/1705/ba/669ed39c464a.jpg


 http://s018.radikal.ru/i502/1705/ee/aef7b62876a5.jpg


http://s019.radikal.ru/i619/1705/8f/2f17efa4ab51.png


http://s018.radikal.ru/i510/1705/95/56930465095a.jpg


http://s001.radikal.ru/i193/1705/2a/a74268b99c19.jpg


http://s019.radikal.ru/i644/1705/06/188e33237c5c.jpg


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Şuşa şəhərinin işğalının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Azərbaycan Xalça Muzeyində keçirilən “Əsirlikdəki incilərin hekayəti” adlı tədbirə ölkənin tanınmış ziyalıları və Şuşa şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar. Tədbirdə Şuşa şəhər mədəniyyət işçiləri çıxış edib.
Daha bir tədbir isə 2016-cı ilin aprel döyüşləri zamanı işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində baş tutub. Belə ki, Şuşa şəhər mədəniyyət işçiləri kənddə inşasına başlanılan Şuşa məscidinin tikintisində iştirak edib, əsgər və zabitlərlə görüşüb, musiqi nömrələri ifa ediblər.
Qubadlı rayon Mədəniyyət evində “Talanan Yurdum” adlı dəyirmi masa keçirilib. Tədbirdə Mahmudlu kənd Mədəniyyət evinin direktoru Ziba İbrahimova, MKS-nın direktoru Müşginaz Muradova, Qubadlı rayon MHK-nın direktoru Əmrah Hüseynov, Rayon Mədəniyyət evinin bədii-rəhbəri Fatma Hüseynova çıxış edərək Şuşa rayonunun işğalı ilə bağlı fikirlərini ifadə ediblər.
Sonda Şuşa şəhərinin işğalına həsr olunmuş video-çarx izlənilib.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbirdə 5 nömrəli orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak edib.
Əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva tədbiri giriş sözü ilə açaraq Şuşa şəhərinin tarixi haqqında məlumat verib.
Daha sonra BDU-nun Tarix fakültəsinin müəllimi Aydın Məmmədov, SDU-nun Tarix fakultəsinin tələbəsi Fəqan Səfərəliyev, MKS-in direktoru Yeganə Əhmədova, Metodika-Biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova çıxış edərək Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən qətliamlar, soyqırımlar haqqında danışıblar, Şuşanın işğalı ilə əlaqədar videoçarx izləyib, kitab sərgisi ilə tanış olublar.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində və Mərkəzi uşaq Kitabxanasında da tədbir keçirilib. Oxuculara Şuşanın tarixi və işğalı, o cümlədən, Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olan igidlərimiz haqqında geniş məlumat verilib.
Digər mədəniyyət müəssisələrindəə də Şuşa şəhərinin işğalı ilə bağlı tədbirlər keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов