Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaidən

http://s04.radikal.ru/i177/1610/c8/5183df40ef81.png


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Mən 2017-ci il mayın 5-6-da keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfərim çərçivəsində görüşümüzə görə Sizə dərin minnətdarlığımı ifadə etmək istərdim.

Sizin turizmə və onun iqtisadiyyatı daha da inkişaf etdirmək potensialına verdiyiniz önəm məni çox sevindirir və bu sahəyə davamlı dəstəyinizə görə Sizə təşəkkür edirəm.

Həmçinin məni Azərbaycanın “Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək istərdim. Bu orden mənə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının mayın 11-12-də Madriddə Azərbaycanın mədəniyyət və turizm nazirinin sədrliyi ilə uğurla keçirilən 105-ci sessiyasında təqdim edildi.

Eyni zamanda, mən bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Taleb Rifai
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi


Mənbə: http://www.president.az
25 май 0 44
Комментарии:
Мы ждем твоих комментариев, Анонимус
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно