Preloader image

Şəfaqət CAVANŞİRZADƏ."Sevginin gözləri" (roman) 38-ci hissə
12-06-2017, 08:30
Xeberler / Edebiyyat
Redaktə
http://s019.radikal.ru/i620/1706/65/28a93cb39577.jpg


Səfər atasıyla birgə evdən çıxdılar. Maşını Kərim sürürdü. Kərim maşını özəl klinikanın qabağında saxladı. Səfər maşından düşdü.
– Ata , mən evə gələnəcən heç kimə heç nə demə.
Kərim – Nə olsa, mənə de xəbər elə.
Kərim maşını sürüb xəstəxanadan uzaqlaşdı. Səfər asta addımlarla klinikaya girir.
Cəmilə xadiməyə pul verdi ki, evə telefon alsın. Fidanın hansı səbəbə ona zəng etməyi onun özünə də maraqlı idi.Bu vaxt qızı Aybəniz qapını açıb içəri girdi, anasına salamsız-kəlamsız sual verdi – Atamgilin dedikləri düzdür?
Cəmilə özünəməxsus ədayla kresloda oturdu – İndi mən nə bilim atangil nəyi düz deyir, nəyi yox?
Anasının biganə cavab verməyi Aybənizi həm təəccübləndirirdi, həm də özündən çıxardırdı: - Doğrudan qızları qaçırmısan?
Cəmilə qızının üzünə baxmırdı: - Hamısı şərdir. Heç kimi qaçırmamışam.
- Ərinlə oğlun sənə niyə şər atmalıdılar? Qabağında uşaq yoxdur e, ana. Özün atama hər şeyi danışmısan?
- Atan nə vaxtdan düz danışan olub elə? Başımıza gələn oyunlar atana görə deyilmi?
- Atam nə qədər səhv hərəkət etsə də, sənin kimi cinayətə əl atmayıb.Qanunla götürsək ana, gərək indi türmədə olaydın.
Cəmilə ayağa qalxdı, özünü ələ almağa çalışırdı: - Qanuna qalsa, sən gərək ərim dediyin adamla evlənməməliydin. Ümumiyyətlə, danışmağa üzü hardan tapırsan, baş aça bilmirəm.

Aybəniz gördü ki, anasıyla danışmaq əbəsdir, söhbəti çox uzatmadı: - Düz deyirsən. Mən yaxşısı budur susum. Amma yadında saxla, qardaşım da, mən də sənin eqonun qurbanı olduq. Elçinlə barışacam. Xoşbəxt ailə də olacağıq. Heç olmasa çalışacam.Sənə görə daha Lamiyəni də incitməyəcəm. Əksinə, deyəcəm qardaşımdan bərk yapışsın. Qısası ana, biz heç nə itirmirik. Amma sən tək qalacaqsan. Bunu bil.
Aybəniz qonaq otağından çıxanda Cəmilə qızının eşitməyəcəyi tərzdə dedi: - Hə də...Siz atanızın yoluyla gedin, düz adam olun.
***
Təhminə anasıyla qohumunun uşağı üçün xəstəxanaya gəldi. Şərifə Nubarla görüşdü. Nubarın qucağında körpə uşaq vardı. Şərifə təəccüblə uşağa baxa-baxa soruşdu:
- Uşaq necədi?
Təhminə telefonda Rəşadla danışdığı üçün Nubarın qucağındakı uşağa fikir vermirdi. Nubarın qucağında saxladığı uşaq Yaşardı, indi yatmışdı. Nubar bikef qapının ağzında oğluna baxırdı, ümidsiz danışırdı:
- Nə bilim. Həkimlər deyir ümidli olun, ümidli oluruq.
Şərifə - Bəs,əməliyyat haqqında heç nə demirlər?
Nubar – Əməliyyat olmağına olmalıdır e. Gərək Türkiyəyə gedək. Camalın bir tanışı var, borca pul verəcək. Bir-iki günə uşağı göndərməliyik. Görək.
Təhminə Rəşadla sağollaşıb anasıgilin yanına gəldi. Nubarla görüşmək istəyirdi, Yaşarı gördü, duruxdu. Gah uşağa, gah da qohumuna baxırdı. Nubar da Təhminənin ona şübhəylə baxmağından qorxuya düşdü. Şərifə qızını səslədi:
- Təhminə, nə oldu sənə?
Təhminə şübhələndi ki, Camalın qohumuyla əlaqəsi ola bilər. Birtəhər özünü ələ aldı:
- Bu uşaq mənə tanış gəlir. Təsadüfən televizorda göstərib eləməyiblər?
Nubarın ürəyi indi yerinə gəldi: - Nə bilim vallah! Rəfiqəmin uşağıdır, əri yoxdu. Özü bugün ev təmizləməyə getmişdi, uşağı mənə verdi. Evdə heç kim olmadığı üçün, məcbur qalıb özümlə gətirdim.
Təhminə Nubarın yalan danışdığını, Camalla əlaqəsi olduğunu o dəqiqə anladı: - Allah köməyi olsun. Atasız uşaq böyütmək də bir şey deyil. Allah uzaq eləsin.
Şərifə - Amin. Təhminə də təzəlikcə ailə qurdu. Oğlan tərəf o qədər tələsdirdi ki, qohum-əqrabadan heç kimi çağıra bilmədik.
Nubar Təhminəni süzdü: - Əşşi, nə olacaq. Əsas xoşbəxt olsun. Onda bir səhv idi eləmişdi, indi ağlı başına gələr.
Nubarın dedikləri Təhminəyə güllə kimi dəydi, gülümsəyərək sözünü dedi:
- Səhvdən betər səhv var, Nubar xala. Təki insanın səhvi elə özünə ola. Oğlun necədi?
Nubar – Bildiyiniz kimi... Gözləyirik.
Palatadan Nubar oğlunun səsini eşitdi. Təhminə fürsəti əlindən vermədi: - Uşağı ver mən saxlayım.
Nubar Yaşarı vermək də istəyirdi, verməmək də. Şərifə qızının sözünə qüvvət verdi:
- Ver uşağı, Nubar. Onsuzda burdayıq, narahat olma.
Nubar Yaşarı Təhminəyə verdi. Yaşar yatmışdı. Şərifə Nubarla palataya girdi. Təhminə xeyli palatadan uzaqlaşdı. Cibindən telefonunu götürüb Rəşadı yığdı:
- Rəşad, tez Eldarı da götür, gəlin xəstəxanaya.
Rəşad Eldarla Qadirə təəccüblə baxdı: - Niyə? Orda nə işimiz var?
Təhminə nə dedisə Rəşadın gözləri bərəldi; - Nə danışırsan? Hansı xəstəxanada? Ordan tərpənməyin. Uşağı gözdən qoyma. Bura bax, bizsiz hərəkət eləmə. Eşidirsən?
Təhminə - Narahat olma. Amma xəstəxanaya girməyin. Yaxşı? Tez gəlin.
Təhminə telefonu cibinə qoydu. Yaşar qucağında mızıldanırdı.
Rəşadın təəccübüylə sevinci qarışmışdı bir-birinə: - Yaşar Təhminənin qohumugildəymiş.
Eldar – Yaşar onlarda nə gəzir?
Rəşad - Bilmirəm. Qohumu Təhminəyə deyib ki, rəfiqəsinin oğludur.
Qadir – Bəlkə Yaşara oxşayan adi uşaqdır.
Rəşad – Əmin olmaq üçün getmək lazımdır. Xəstəxanaya girmərik. Təhminə deyir, evlərini tanıyıram.
Eldar – Vaxt itirməyək, çıxaq.
Üçü də evdən çıxdı. Rol arxasına Eldar keçdi.
Rəşad – Bəlkə maşını mən sürüm. Həyəcanlısan.
Eldar- Özüm sürəcəm. Sən Təhminəyə de uşağı heç kimə verməsin. Sonra Cin Həsənə zəng elə. Özüylə bir iki adam götürüb gəlsin.
***
Səfər Lətafət həkimin dediklərinə inana bilmirdi, şübhəylə yanaşırdı.
- Düzü, dediklərinizə inanmaqda çətinlik çəkirəm. Tutaq ki, Lamiyə hamilə qalıb, gizlədib bizdən. Bunu başa düşdük. Siz deyirsiniz dünyaya uşaq gətirib. Bu mümkün deyil. Nə qədər gizlətsə də bilərdik.
Lətafət – Sizi başa düşürəm. Mənim özümə də qəribə gəldi. Amma Xəyalə həkim də mütəxəssisdir. Xanımınıza baxanda dedi ki uşaq dünyaya gətirib. Sizdən əvvəl xanımınıza uşaq barədə sual verdim. Adi suallarıma aqressiv cavab vermişdi.
Səfər cavab verə bilmirdi. Özüdə mətəəl qalmışdı.
Lətafət – Gəlin belə edək? Siz xanımınızı yenə gətirin yanımıza. Özünə də demişəm. Rəfiqə həkim də yoxlasın. Ola bilər Xəyalə xanım səhvə yol versin. İnsandırda...
Səfər – Deyirsiz, Xəyalə xanım səhv edə bilər?
Lətafət gülümsədi: - Hər şey ola bilər. Sabah yoldaşınızı da götürün gəlin.
Səfər Lətafət həkimlə sağollaşıb klinikadan çıxdı. Taksi tutub evə gəldi. Lamiyə ilə anası mətbəxdə yemək yeyirdiər. Diqqətlə Lamiyəyə baxırdı. Səfərin ona diqqətlə baxmağı Lamiyəni qeyri-ixtiyari qorxudurdu. Aynur da qızından betər qorxdu: - Nəysə olub, Səfər?
Səfər gözlərini qıydı: - Heeç. Elə belə. Fikirləşməkdən başım ağrıyır.
Lamiyənin ürəyi indi yerinə gəldi. Ayağa qalxıb şkafın qapısını açdı, dərman və stəkanda su Səfərə uzatdı: - Dərmanı at, sonra da yat. Keçib gedəcək.
Səfər dərmanı Lamiyənin gözlərinə baxaraq atdı, suyu da birnəfəsə içdi. Stəkanı yoldaşına qaytarıb dedi: - Atam gələndə məni oyandırarsan.
Lamiyə - Yaxşı.
Səfər – Sizə nuş olsun – deyib, mətbəxdən çıxdı. Aynur qızına;
- Anasına görədir. Baxma, etdiyi hoqqaları öyrəndi.
Lamiyə anasına heç nə demədi, çiynini çəkdi.
***
Aybəniz əlində çamadanlar uşağının dayəsi ilə evdən çıxdı. Qızı dayənin qucağında idi. Anasıyla görüşmədi. Cəmilə kresloda oturub jurnallara baxırdı. Özünü elə aparırdı ki, guya qızı bunun vecinə də deyil. Qapının örtüldüyünü eşidəndə hönkür-hönkür ağlamağa başladı.
Elçin maşında küçədə gözləyirdi. Küçəyə çıxan yoldaşını görüb maşından düşdü. Aybənizin əlindən çamadanları alıb baqaja qoydu. Dayə qucağında körpə arxa oturacaqda oturdu. Aybəniz Elçinin yanında oturmuşdu. Aybənizin gözləri dolmuşdu. Elçinin gözündən yayınmamışdı.
***
Eldar maşını xəstəxanadan bir az aralı saxladı: - Rəşad, sən get xəstəxanaya. Camal birdən oralarda olar.
Rəşad maşından düşdü, iti addımlarla xəstəxanaya tərəf getdi.
Qadir – İstəyirsən mən də gedim?

Eldar razı olmadı: - Hələlik yanımda qal. Görək nə olur.
Rəşad ikinci mərtəbə çıxıb Təhminənin yanına gəldi. Qucağındakı uşaq doğrudan Yaşardı. Şərifəylə Nubar da onların yanına gəldilər. Şərifə Rəşadı qohumuyla tanış elədi:
- Yeznəm Rəşaddır. Biz gedək Nubar. Allah şəfa versin. Bizim də bilirsən imkanımız yoxdur. Olsa vallah, kömək edərəm.
Nubar – Bilirəm Şərifə. Sayıb gəlməyin böyük işdir.
Təhminə - Nubar xala, uşağın anası deyirdin evləri təmizləyir?
Nubar əsəbi cavab verdi: - Hə,nə olub?
Bu vaxt Nubarın əri Camal da onlara yaxınlaşdı: - Axşamınız xeyir.
Şərifə Camalı görüb gülümsədi: - Bıy, necəsən, Camal?
Camal Rəşadla Təhminəyə baxırdı: - Belə də! Təhminə, sənsən? Tanımadım, dəyişmisən. Neynirsən?
Təhminə - Heç, boş-bekaram.
Camal əliylə Rəşadı işarə elədi. Kimliyi maraqlı idi.
Şərifə - Yeznəmdir.
Camal Rəşada əl uzatdı – Allah xoşbəxt eləsin.
Rəşad da Camala əlini uzatdı – Sağ ol. Sizinlə tək danışa bilərəm? Oğlunuz barədə.
Nubarla Camal bir-birilərinə baxdılar.
Camal – Oğlum barədə? Məsələn...
Rəşad – Təhminə dedi ki, xəstədir. Madiyyat baxımdan kömək edə bilərik.
Camal şübhəylə - Bilərik?
Rəşad – Yəni Təhminəylə mən?
Rəşadın təklifi Təhminəni də təəccübləndirdi, yenə də yoldaşını pis vəziyyətdə qoymadı: - Düz deyir, niyyətimiz vardı, həyata keçirməmişdik. Lap yerinə düşdü.
Nubar sevindi, Camal da sevindi, biruzə vermədi: - Düzü, müalicə eləməyə pulumuz var.
Rəşadla Təhminə pərt oldular. Rəşad çalışırdı ki, Camalı razı salsın: - Ola bilər borc almısınız. Mən borc vermirəm. Təhminə demişkən, niyyətimiz var.
Nubar gözlərini Camaldan çəkmirdi. Camal çənəsini qaşıdı, nə fikirləşdisə; - Bilmirəm nə deyim.
Rəşad – Gedək maşında söhbət edək. Buyurun.
Rəşad Camala yol göstərdi, sonra üzünü Təhminəyə tutdu: - Mən gəlməmiş getməyin.
Təhminə başıyla təsdiqlədi. Rəşadla Camal xəstəxanadan çıxıb, Eldargil tərəfə gəldilər. Rəşad qapını açdı. Camal Eldarla Qadiri maşında görüb minməyə tərəddüd elədi. Rəşad Camalın qolundan tutub oturması üçün maşına itələdi: - Otur.
Camal özü də bilmədi necə oturdu. Rəşad da maşına mindi, qapını örtdü. Camal Rəşadla Qadirin arasında qaldı. Görünür bərk qorxmuşdu:
- Heç nə başa düşmürəm. Bu nə hərəkətdi?
Eldar – Başa salarıq bir azdan.
Rəşadın əl telefonuna zəng gəldi, telefona cavab verdi: - Hardasız? Aha gördüm sizi. Məndən xəbər gözləyin.
Rəşad – Bizim səninlə işimiz yoxdur. Adaşınla da harda tanış olmusan, bilmirəm.
Camal özünü heç nə anlamayan adam kimi apardı: - Adaşım kimdir?
Eldar əsəbləşdi: - İndi səni vurub öldürəcəm, biləcəksən adaşın kimdi? Dolamısan bizi? Camal alçağıyla əlbir olub, ailəmi qaçırmısız. Oğlum indi xəstəxanada Təhminənin qucağındadır.
Camal yalan danışmağın mənasız olduğunu indi dərk elədi: - Bizə dedi ki, uşaq özünündür. O qadın isə, keçmiş yoldaşıdır. Guya sizinlə xəyanət edib.
Rəşad – Sənə demədi havadarı kimdir?
Camal – Rusiyada barda işləyirdi. Qardaşımla da orda tanış olublar. Anası öləndən sonra qayıdıb bura. Başqa heç nə bilmirəm.
Eldar – Qadın indi hardadır?
Camal susdu. Rəşad Eldarın sualını təkrarladı: - Camal onsuzda oğlun üçün sənə pul verməyəcək. Onda o qədər pul yoxdur. Bunu mən sənə deyirəm. Bizi evinə apar. Ailənə görə də narahat olma.
Camalın gözləri doldu: - Pul verəcəyinə kişi kimi söz verdi.
Eldar kinayə ilə: - Kişi kimi? Kişi olan kəs qız satar səncə? Özdə bakirə qızları...Övladlarımın canına and olsun, sən bizə kömək eləsən, ailən üçün nə lazımdırsa edəcəm.
Camal razılaşdı: - Gedək...
***
Fidan qapıya söykənib ağlayırdı. Ağlamaqdan halı da qalmamışdı. Bacardıqca qapıya yumruq vururdu: - Camal, aç qapını. Yalvarıram, aç qapını. Aç qapını...
Fidanın ürəyi getdi.
***
Cəmilə hamamdan təzə çıxmışdı. Xadimə ev üçün telefonu çoxdan almışdı. Cəmilə nömrələr olan kitabçanı götürüb, dəstəyi qulağına tutdu. Nömrələri yığdı, bir az gözləməli oldu.
Cəmilə - Necəsən, Lətafət həkim?
Lətafət həkim – Şükür, siz necəsiz? İki gündür sizi yığıram, telefonu götürən yoxdur. Gəlininizə dedim, deyəsən yadından çıxıb deməyib sizə.
Cəmilə maraq dolu təəccüblə: - Gəlinimə? Nə vaxt demisiz?
Lətafət həkim – İki gün bundan əvvəl.
Cəmilə hər şeyi başa düşdü. Lamiyə Fidanın zəng etdiyini yalandan gizlətmişdi. Amma niyə?
Cəmilə - Telefon birdən-birə xarab oldu. Bugün düzəldə bilmişik. Nə məsələydi?
Lətafət həkim – Sizinlə əlaqə saxlaya bilmədiyim üçün Səfərlə danışdım.
Cəmilə - Hmm. Analizin cavabları necə oldu?
Lətafət həkim – İkisi də sağlamdır. Cəmilə xanım, gəlininiz evli olan müddəti hamilə qalıb eləməyib?
Cəmilə - Yoox. Niyə?
Lətafət həkim – Gəlininizi yoxlayanda bizə elə gəldi ki, hamilə qalıb, üstəlik doğub da... Sabah Səfər Lamiyə xanımı yenə gətirəcək.
Cəmilə - Deməli belə? Sizdən bir xahişim var, nəticə nə olsa, mənə deyərsiniz.
Lətafət həkim – Əlbəttə. Narahat olmayın. Mən indi işdən çıxmalıyam.
Cəmilə - Buyurun,buyurun!...Sağ olun, Lətafət xanım.
Cəmilə dəstəyi yerinə qoydu. Lamiyənin birdən-birə kökəlməyi ona şübhəli gəlmişdi. Hər şeyi gözünün qabağına gətirdi. Bir dəfə də sual vermişdi ki, niyə kökəlib?
Cəmilə paltarını dəyişmək üçün otağına tərəf qaçdı.
***
Eldargil Camalla birgə maşından düşdülər. Camalgilin evi həyətdən bir az aralıda idi. “Baş kəssələr heç kimi xəbəri olmaz” cümləsi insanlardan uzaq məkanlara aid idi. Qadir hər ehtimala qarşı xəstəxanada Təhminəgilin yanında qalmışdı. Təhminə Nubar oğlunun başının üstündə gözləyəndə anasına hər şeyi astaca danışmışdı. Şərifə qohumlarına görə pis olmuşdu.
Camal evinə girəndə heç kimi görmədi. Cin Həsən və özüylə gələn iki adamı evin ətrafını yoxlayırdılar. Rəşadla Eldar otaqları gəzdilər. Otağın birinin qapısı bağlı idi. Eldar Camalın üzünə baxdı. Camal cibindən açarı çıxardıb qapını açdı. Eldar qapını açmağa çalışırdı. Fidan qapı ağzında uzandığı üçün qapı tam açılmırdı. Eldar birtəhər qapıdan içəri keçə bildi. Fidanı qucağına aldı, otaqdan çıxdı. Camalın əl nömrəsinə zəng gəldi. Camal üzünü Rəşada tutdu: - Odur.
Rəşad – Cavab ver.
Camal telefona qorxuyla cavab verdi: - Hə
Dəstəyin o biri tərəfindən Camalın səsi gəldi – Satdın da kişi kimi məni.
Camalın dili topuq vurdu: - Mən....Mən...
Camal – Kəkələmə arvad kimi... Bu dəfə günahından keçirəm. Amma bir şərtlə....
Camalın dediklərini eşidən Rəşad telefonu Camaldan alıb özü danışdı: - Nə şərti,ə...Bu dəfə səni bağışlamayacağıq. Hər tikəni qulağın boyda edəndə deyərsən şərtini.
Camal – Sən yaxşısı budur, arvadının həyatını qurtar.
Eldar Fidanı maşının arxa oturacağına uzandırmışdı. Rəşad maşına tərəf qaçdı: - Tez xəstəxanaya. Camal xəstəxanadadır.
Cin Həsən də adamlarıyla maşına mindilər. Camal evdə tək qaldı....Və heç kimin yadına düşmədi!...
Ardı var.
Teqlər:
Məqaləni bəyəndinmi?
Dostlarla bölüşmək:
comments powered by HyperComments
up