Şəfaqət CAVANŞİRZADƏ."Sevginin gözləri" (roman) 39-cu hissə

http://s019.radikal.ru/i620/1706/65/28a93cb39577.jpg


Eldar Fidanın üzünə bir-iki dəfə yüngül şillə vururdu ki, ayılsın. Fidan sayaqlıyırdı:
- "Eldar, uşaq...uşağı apardı" deyirdi tez tez. Eldar arvadının arxayınçılığı üçün dedi:
- Narahat olma, Yaşar Təhminənin yanındadır.
Eldar Rəşada: - Sürəti artır, tez çatmaq lazımdır.
Fidan gözlərini güclə açdı: - Su ver. Biriniz su verin. Ciyərim yanır.
Rəşad maşını yol kənarındakı balaca maqazinin qarşısında saxladı. Maşından düşüb maqazinə girdi. Adi sərin su götürdü, karıxdığından satıcıya xırda pul verməkdən onluq verdi. Maqazindən necə çıxdısa, arxasınca pulu artıqlamasıyla verdiyi üçün onu səsləyən satıcının sözlərini eşitmədi.Suyu Eldara verdi, maşını xodlayıb sürəti artırdı. Eldar Fidanın başını qaldırıb suyu içirməyə çalışdı.
Taksi Səfərgilin evinin qarşısında saxladı. Cəmilə sürücünün pulunu verəndən sonra taksidən düşdü, iti addımlarla evə tez çatmaq istəyirdi.Çoxdandır Lamiyədən yığırdı. İndi əlinə sözün əsl mənasında fürsət düşmüşdü
Başının ağrısından, bir tərəfdən də düşünməkdən özünə yer tapa bilməyən Səfər çox çalışdı yatsın, alınmadı. Həkimin sözləri qulağında əks-səda verirdi. Lətafət həkim təcrübəli idi, yenə də ürəyində ona inanmırdı.
Lamiyənin hamilə qalıb ondan, ailəsindən gizlətməyi Səfərə məntiqli gəlmirdi. Əksinə, fikirləşirdi, hamilə qalsaydı, məni əldə saxlamaq üçün çoxdan istifadə etmişdi. O vaxt desəydi, bəlkə də hərbi xidmətə getməzdi. Axı, Səfər Lamiyəni görməmək üçün Naxçıvana getmişdi. Lamiyənin hamilə qalması Səfərin heç cür ağlına batmırdı. Yatmaq istəyirdi, yuxusu da ərşə çəkilmişdi. Anasının səsini eşidəndə uzandığı yerdən qalxdı. Onsuzda həkimdən eşitdiyi sözlərdən evə gələnəcən başının ağrısı keçməmişdi, anasının da gəlişi bir tərəfdən onu cin atına mindirdi. Otaqdan çıxanda Cəmilə Lamiyəni divara dirəmişdi:
- Sualıma cavab ver. Niyə Yalandan Fidanın zəng elədiyini dedin?
Aynur qızıyla qaynanası arasına girmək istəyəndə Cəmilə qolundan tutub itələdi. Aynur yerə sərildi. Lamiyə anasını ayağa qaldırmaq istəyirdi, bacarmadı. Cəmilə onun boğazımdan yapışmışdı:
- Mənə düzünü danışmamış səndən əl çəkən deyiləm. Cavab ver,ləçər. Evimdə o nə artistlikiydi eləmişdin?
Anasının hərəkətlərinə tab gətirməyən Səfər pilləkanları qaçaraq düşdü, anasına yaxınlaşıb qolundan tutdu:
- Bəsdi, adamı hövsələdən çıxardırsan. Çıx, tez ol, çıx evimdən.
Cəmilə özündə güc toplayıb oğlunu Lamiyəyə tərəf itələdi: - Sualıma cavab verməsə, gedən deyiləm. Bugün Lətafət həkim məni yığmışdı. Elə o gün də yığmışdı. Telefonu bu götürmüşdü. Fidanın zəng elədiyini özündən çıxardıb. Zibilini gizlətmək üçün bəhanə edib.

Səfər çaşbaş qaldı: - Necə yəni?

Səfər üzünü Lamiyəyə tutdu: - Məni başa sal görüm, bu nə deməkdir?
Aynur ayağa qalxdı, qızının yerinə cavab verdi:
- Nə olacaq? Ananın təzə oyunudur. Qızının ailəsini dağıtdı, öz ailəsini dağıtdı, dincəlmədi, indi də növbə sizindir.
Cəmilə Aynurun üstünə hücum çəkmək istəyirdi, Səfərlə Lamiyə imkan vermədi.
Lamiyə: - Lətafət həkimə qəti inanmıram. Sənin həkimindir, əlbəttə sən deyənləri təkrarlayacaq. Utanmaz-utanmaz üzümə deyir ki, guya mən hamilə qalmışam, üstəlik uşaq da doğmuşam.

Hər kəs birdən-birə susdu. Səfər arvadının üzünə təəccüblə baxdı: - Lətafət mənə dediklərini üzünə demişdisə, niyə mən əvvəlcədən bilməmişəm. Bugün də məni çağırmışdı.
Lamiyə özünü itirdi. Cəmilə qələbə qazanmış insan kimi rahatladı, dərindən nəfəs aldı:
- Fikir ver bədən quruluşuna, oğlum. Uşaq doğan qadın bədəni var. Özü də kökəlib. Almaniyadan gələndə niyə kökəldiyini soruşdum, adam kimi cavab verə bilmədi.
Aynur – Bütün günü evdə oturub. Evdə oturan adam yeyib yatanda istər-istəməz kökəlir də.
Lamiyə qorxusundan pörtmüşdü, qıpqırmızı olmuşdu. Səfər Lamiyənin diqqətlə gözlərinə baxırdı. Gözlərinə baxa-baxa ona yaxınlaşdı. Yaxınlaşdıqca Lamiyə geriyə doğru gedirdi.
Səfər – Deyirsən Lətafət anamın tanıdığı həkimdir, anam öyrədib onu?
Lamiyə - İlk gündən o həkimin yanına getmək istəmirdim. Ananla rəfiqədilər, niyə narahat olmuyum?
Cəmilə - Səndə sifət var, qız. Yaxşı, onda başqa həkimə apararsan, Səfər. Amma həkimi sən tapacaqsan. Elə həkim olsun ki, nə mən tanıyım, nə də onlar.
Aynur hövsələdən çıxdı: - Eee, bəsdirin. Adamı az qala dəli edəsiz. Qızım sizin üçün yiyəsiz deyil e, kefiniz istəyəndə bir qapaz vurasız.
Səfər səsinin tonunu qaldırdı: - Aynur xanım.
Səfərin qışqırmasını gözləməyən Aynur qızardı, Cəmilənin yanında pərt olmuşdu. Lamiyə fürsəti əldən verməyib anasının tərəfinə keçdi. Əsəblərini cilovlaya bilmədi:
- Bu qədər bəsdir. Sizin qarşınızda susduqca adamı əzirsiz. Nə sən deyən, nə də ev yıxan ananın dediyi həkimə getməyəcəm. Mən uşaq-muşaq doğmamışam. Ümumiyyətlə, hamilə qalmamışam. Ağıl var, məntiq var. Mən səni sevmişəm. Hamilə qalsaydım deməzdim? O vaxt səni əlimdə saxlamaq üçün ən yaxşı yol idi.
Lamiyənin dedikləri Səfərin ağlına batmışdı. Səfər anasına şübhəylə baxdı: - Bunu mən də fikirləşirəm. Hamilə qalsaydı, istifadə edərdi.
Cəmilə qəti şəkildə dedi: - Deyə bilməzdi. Uzun müddət kişisiz qalmışdı. Bəlkə xəyanət edib sənə?
Cəmilənin aradakı pərdəni götürməsi əsəbdən özünə yer tapa bilməyən Aynurun onun üstünə hücum çəkməsinə səbəb oldu. Səfər də utanmışdı. Aynur Cəmilənin saçlarından tutub yerə yıxdı: - Pozğun sənsən, bir də qızın. Öldürərəm səni, ay ev yıxan, qoca kaftar.

Lamiyəylə Səfər analarını güclə ayırdılar. Cəmilə yenə də sözlərindən geri qalmırdı:
- Sən bunu həkimə mütləq apar. Belə pis reaksiya göstərdilərsə, deməli, Lətafət düz edib şübhələnibdi. Qonşulardan biri elə düz deyirmiş, evə kişi gətirib bu qancıq. Siz ana-baladan bə desəz gözləyirəm. Uşaq səndən olsaydı, çoxdan aləmə car çəkmişdilər.
Lamiyə - Mənim daha sizə sözüm yoxdur. İstədiyin həkimə gedə bilərik, Səfər. Lap sabah gedərik. Amma bir şərtlə. Anan çıxıb getsin. Məni qızınızla səhv salmayın, Cəmilə xanım. Qızınız kimi....
Aynur qızının susması üçün qolundan tutdu, Lamiyə susdu.
Səfər – Aybəniz nə edib?
Cəmilə qızının ortalığa atılmağını gözləmirdi. Səfər sualını təkrarladı: - Bacım nə edib, Lamiyə?
Lamiyənin yerinə anası cavab verdi: - Bacın ailə quranda hamiləydi. Anan da bilirdi. Elçin atanın məmur olduğunu biləndən sonra bacınla evlənməyə razı olmuşdu.
Aynurun dediklərini qapı ağzında eşidən Kərimin ürəyi dözməyib yerə yıxıldı. Ondan sonra evdəkilər Kərimin varlığını hiss eləmişdilər. Səfər “ata” deyib, qapıya tərəf qaçdı.
***
Rəşad maşını xəstəxanaya yaxın saxladı. Suyu içəndən sonra Fidan qismən də olsa özünə gəlmişdi.
Fidan – Xəstəxanaya girməyəcəm. Təhminəyə deyin uşağı gətirsin.
Eldar razı olmadı: - Olmaz, səni mütləq həkimə göstərmək lazımdır.
Fidan – Mənim nəyim var? İki gündür sussuz idi, halım qalmamışdı. Xahiş edirəm, bircə evə tez gedək. Xahiş edirəm, sözümü yerə salma. De, uşağı gətirsinlər.
Eldar çarəsizlikdən razılaşdı, Rəşadın üzünə baxdı. Rəşad maşından düşüb xəstəxanaya tərəf getdi.
Yaşar gözünü çoxdan açmışdı. Təhminə uşaqla oynayıb güldürürdü. Qadir pilləkanların başında Rəşadı gördü, Təhminəyə yaxınlaşdı: - Hazırlaş, Rəşad da gəldi.
Rəşad onlara çatan kimi Təhminə harda olduqlarını unutdu, suallarını palatada olan Nurbarla anasının eşidəcəyi tərzdə verdi: - Nə oldu? Fidanı xilas edə bildiz?
Rəşad – Şükür, aşağıdadır. Uşağı da götür gedirik. O əclaf buralarda olmalıdır.
Rəşadın cavabı Nubarı şoka saldı, Şərifəyə baxdı:
- Bunlar nə danışır?
Şərifə - Yaxşısı budur sən qarışma. Qaçırdığınız qadın qızımın rəfiqəsidir. Qorxmadın allahdan? Uşağında can üstündədi.
Nubar ağlamağa başladı – Allaha and olsun, heç kimi qaçırmamışıq. O adam evimizə gəlmişdi. Balamın sağalması üçün xəstəxana xərclərinin hamısını öz boynuna götürdü. Dedi uşaq onundur.

Şərifə - Yalan deyib. Fidan başqasının arvadıdır. Fidanı satmaq istəyirdi başqa kişilərə, əri xilas eləmişdi.Yaxşı adamdılar hələ sizi polisə vermədilər. Verməəyəcəklər də.
Nubar palatadan çıxdı. Dəhlizdə heç kim yox idi. Ərini görməyəndə pilləkanlardan aşağı düşdü. Şərifə də onun arxasınca xəstəxanadan çıxdı. Nubar Eldargilin maşınına yaxınlaşdı.
– Camal hanı?
Eldarla Rəşad bir-birilərinin üzünə baxdılar. İkisi də Camalın onları aldatdığını başa düşdü.
Eldar – Sən uşaqlarla qayıt evə. Mən özüm Təhminəgili apararam.
Nubar ağlaya-ağlaya yenə soruşdu: - Camala neyləmisiz?
Rəşad – Yoldaşınıza heç nə etməmişik. Evdə qoyub gəlmişik. Narahat olmayın, indi gedib baxarıq.
Qədir Eldara – Getməyə yeriniz yoxdur, axı. Evdəkiləri Camalın bilmədiyi yerə aparmaq lazımdır.
Rəşad – Hə də.
Şərifə - Bizə aparaq. Qonum-qonşuda var, heç nə edə bilməz. Evimiz də polis bölməsinə yaxındı.
Eldar Rəşada – Vaxt itirmiyin, gedin. Camal bəlkə də ordadır. Ora qayıdacağımız ağlına gəlməz.
Rəşad – Biz ora gedəndə elə oralardaymış.
Rəşad Cin Həsəngilin maşınına yaxınlaşdı. Şərifə evin açarını qızına verdi:
- Nubarın yanında qalacam. Evə sonra gələrəm.
Təhminə - Birdən o başıbatmış bura gəldi?
Eldar – Hədəfi anan deyil, narahat olma.
Nubar da çox istəyirdi qohumu yanında qalsın. Arxa oturacaqda oturub oğlunu oynadan Fidana baxdırdı. Fidan da Nubarın ona baxdığını hiss elədi. Bir-birinin üzünə baxdılar. Nubar Fidana yaxınlaşdı: - Bağışla məni. Bizə hər şeyi başqa cür demişdi. Həm də oğluma görə...
Nubar cümləsini bitirə bilmədi.
Fidan bir qədər susduqdan sonra: - Allah oğlunuza şəfa versin. Mən sizi başa düşürəm.
Eldar Qadirlə maşında oturdu. Nubar maşının qapısını örtdü.
***
Təcili yardımın gəlməyini gözləməyən Səfər atasını xəstəxanaya anasıyla özü çatdırmışdı. Lamiyə ilə anası evdə qalmışdı. Kərim yüngül infarkt keçirmişdi. Vəziyyəti sabit idi. Cəmilə oğluyla dəhlizdə həkimdən xəbər gözləyirdi. Lamiyə evdə anasını danlayırdı.
– Nə məcburuydu Səfərə bacısı haqqında hər şeyi dedin? İndi aləm bir-birinə dəyəcək.
Aynur – Vallah, sən nankorsan. Səni tutmasaydım, özün deyəcəkdin. İndi günahını mənim boynuma atırsan? Bir tərəfdən fikirləşəndə belə olmağı bir yaxşı oldu.
Lamiyə - Yaxşı oldu? Necə rahat adamsan? Kişi bəlkə ölüb?
Aynur – Ölsəydi, çoxdan eşitmişdik. Cəmilə lap da gözdən düşdü. Bir müddət sənin həkim məsələn heç kimin yadına düşməz.
Səfər – Səfərin tərsliyinə bələd deyilsən. Aparacaq həkimə.
Aynur – Anasının tanıdığı həkimə aparmasın bircə, qalanlarını həll eləmək mənlikdir. Səfəri yığ, atasının vəziyyətini soruş.
Lamiyə anasının dediyini edir, yoldaşına zəng edir: - Səfər, Kərim dayı necədi?
Səfər anasının yanında danışırdı: - Yüngük infarkt keçirib.İndi bir az yaxşıdır. İki gün xəstəxanada qalmalıdır.
Lamiyə - Şükür, ölüm-itim olmadı.
Səfərin heç kimlə danışmağa hövsələsi yox idi. Telefonu qəfildən söndürüb cibinə qoydu.
Lamiyə bir iki dəfə “Səfər” deyəndən sonra Səfərin çoxdan adboy verdiyini hiss elədi.
Səfər anasına yaxınlaşdı: - Bugündən sonra nə səni, nə də qızını görmək istəmirik. Ölsən də gözümdə zərrə qədər dəyərin yoxdu. Çıx get, atama səndən yaxşı baxaram.
Oğlunun dedikləri Cəmiləyə pis təsir elədi: - Oğlum, mən...
Səfər – Mənim sən adda anam yoxdur. Mənə oğlum deyib əsəbimlə oynama. Get!...
Cəmilə gözlərinin yaşını silə-silə oğlundan uzaqlaşdı. Bilirdi, müdafiə olunası tərəfi qalmamışdı.
***
Rəşad Cin Həsənlə Nubargilin evinə gəldilər. Qapı əvvəlcədən açıq olması onların şübhələnməkdə haqlı olduqlarını göstərdi.Evə girəndə heç kimi görmədilər. Həsənin də adamları evin ətrafında heç kimi görmədi. Rəşad mətbəxə girəndə yerdə sınmış qab-qacaq gördü. Camalların ikisinin də izi-tozu yox idi.
Rəşad Eldarın nömrəsini yığdı: - Evdə heç kim yoxdu. Məncə, Camal onun işini çoxdan həll edib.Xəstəxananı da yem kimi qabağımıza atdı. Burda qalmağın mənası yoxdu.Biz qayıdırıq.
Eldar – Qayıdın. Uşaqlara da deyərsən sabah ofisə gələrlər, hörmətlərini edərəm. Dayan bir dəqiqə, onların evi dənizə yaxındır. Dənizə də baxın.
Rəşad – Fikirləşdiyimi fikirləşirsən?
Eldar – O alçaqdan nə desən, çıxar.
Rəşad – Yaxşı – deyib telefonu cibinə qoydu.
***
Lamiyə anasıyla çay içirdi. Mobil telefonuna zəng gəldi. Zəng edən Zaman idi. Lamiyə telefona cavab verdi: - Hə Zaman.
Zaman xəstəxananın qabağında əlindəki vərəqə baxa-baxa dedi: - Cavablar çıxdı, Lamiyə xanım.
Lamiyə həyəcanlandı: - Aha.
Zaman – Uşaq ərinizdəndir.
Telefon Lamiyənin əlindən yerə düşdü, uşaq kimi ağlamağa başladı. Aynur telefonu yerdən götürdü:
- Zaman, tez taksiyə otur, evə çatanda mənim telefonuma zəng elə.
Aynur telefonu söndürdü:- Uşaq Səfərdəndir?
Lamiyə başıyla təsdiqlədi.
Aynur – Bircə bu çatmırdı.
Lamiyə - Mən nə iş gördüm,axı. İndi mən neyləyəcəm?
Aynur qızının başını öpdü, onun da gözləri dolmuşdu:
- Heç nə!... Ağlama, hər şeydə bir xeyir var. Susmağa məcbursan.
Anasının sözləri Lamiyəni hövsələdən çıxartdı:
- Xeyir bunun harasındadı? Oğlumu həyatda ən nifrət etdiyim qadın saxlayır. Bu boyda ölkədə o fahişədən başqa qadın yox idi? Amma belə qoymayacam. Susmaq fikrim yoxdu. Gedib ərinə hər şeyi danışacam.
Aynur – Ağlını başına yığ. Gedib ərinə nə deyəcəksən? Uşağı doğmuşam, xəstəxanada qoyub qaçmışam. İndi bilmişəm ərimdəndir, aparmağa gəlmişəm? Onun əri sənə uşaq verər? Ərini qoy bir kənara, Fidan tək canıyla səni uşağa həsrət qoyar.
Lamiyə - Sən narahat olma. Elə edəcəm, əri özü uşağı öz ayağıyla gətirəcək mənə.
Aynur – Hmmm...Sonra? Ərinə nə deyəcəksən?
Lamiyə - Bilmirəm. Onuda vaxtı gələndə fikilrəşərik. Oğlumu heç kimə verməyəcəm.Sabah Eldarla mütləq danışacam. Mənim ailəm dağılsa, Fidanın da ailəsi olmayacaq. Onsuzda bədbəxt olmuşam, imkan vermərəm xoşbəxt ola!...
Ardı var....
12 июнь 0 60
Комментарии:
Мы ждем твоих комментариев, Анонимус
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно