Görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının şeiri “Hece Taşları” dərgisində çap olunub

http://s016.radikal.ru/i337/1706/ea/9fdbe0dd77e7.jpg


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının “Gecələr ay olmaq istəyirəm mən” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylık şiir dergisinin 28. sayında dərc olunub.
“Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
Qeyd edək ki, bundan öncə şair, dramaturq Əliağa Kürçaylının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Kardelen” (Bilcek şəhəri), mədəniyyət və ədəbiyyat dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti
13 июнь 0 114
Комментарии:
Мы ждем твоих комментариев, Анонимус
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно