Tural Turanın və Emin Pirinin kitablarının imza günü keçiriləcək

http://s019.radikal.ru/i637/1706/b5/5e6a231d645c.png


24 iyun 2017-ci il tarixində saat 15:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "Kitabevim.az" kitab satışı mağazasında Tural Turanın "Tanrı qağaya ismarış" və Emin Pirinin " Sağ qalan varmı?" kitablarının imza günü keçiriləcək. İmza günü iki saat davam edəcək.Tədbirə gələnlər gənc şairlərin ifasında ən yeni şeirlərə qulaq asmaq imkanı da əldə edə biləcək.
Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 28 May Metro Stansiyasının yaxınlığında yerləşən AK Mərkəzin II mərtəbəsi

Şəfa VƏLİYEVA,
Gündəlik Analitik İnformasiya Agentliyinin Baş məsləhətçisi
22 июнь 0 43
Комментарии:
Мы ждем твоих комментариев, Анонимус
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно