Preloader image

Kimyaçıların bayram təbriki
26-06-2017, 10:00
Xeberler / Medeniyyet
Redaktə
 http://s018.radikal.ru/i504/1706/8b/5f2bdc0cbff8.jpg


http://s11.radikal.ru/i183/1706/35/9b990bc861b2.jpg


http://i053.radikal.ru/1706/48/5a029cf272d1.jpg


http://i069.radikal.ru/1706/14/3a921f143bb0.jpg


 http://s014.radikal.ru/i329/1706/80/1504c05ce3e7.jpg


 http://s48.radikal.ru/i122/1706/7d/4b5b41e12050.jpg


http://s008.radikal.ru/i304/1706/64/8a01c4aff69a.jpg


http://s019.radikal.ru/i601/1706/a7/2d136b798aee.jpg


http://s011.radikal.ru/i316/1706/a2/c495c6f57e09.jpg


http://s012.radikal.ru/i320/1706/e8/0d161e73acf1.jpg


Artıq bayram ərəfəsindəyik. Sabah xalqımız böyük sevinc və coşqu ilə bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan, insanların ruhunu qidalandıran, mənəviyyatını zənginləşdirən, millətlər və xalqlar arasında birlik və həmrəylik yaradan Ramazan bayramını qeyd edəcək.
Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Ramazan ayı ərzində “Azərikimya” İstehsalat Birliyi bütün illərdə olduğu kimi bu il də oruc tutan, namaz qılan, Allah-taalanın buyurduğu qayda-qanunlara əməl edən insanların yanında olmuş, davamlı olaraq şəhərin bir sıra mikrorayonlarında, o cümlədən 8, 9, 11 və 13-cü mikrorayonlarda iftar süfrələri təşkil etməklə onlara mənəvi dəstək olduqlarını nümayiş etdirmişdir. “Sumqayıt” Peşəkar Futbol Klubunun da qoşulduğu bu tədbirlərdə min nəfərə yaxın oruc tutmuş aztəminatlı ailələrin üzvləri iştirak etmişlər. İftar süfrələrinin təşkilində və insanlara qulluq göstərilməsində Respublika “Qızıl aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin könüllüləri fəal iştirak etmişlər.
Bayram ərəfəsində isə “Azərkimya” İB tərəfindən Əlil Qadınlar cəmiyyəti Sumqayıt şəhər təşkilatında, Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsində, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda cəmiyyətində, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyində təmsil olunan, həmçinin Respublika “Qızıl aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsində qeydiyyatda olan 600-dən artıq aztəminatlı ailəyə bayram sovqatı təqdim olunmuşdur.
“Azərikimya” İstehsalat Birliyi xalqımızı bu müəqqəd bayram münasibətilə təbrik edir, hər kəsə həyatda uzun ömür, möhkəm cansağlığı, sevinc və səadət dolu illər, süfrələrinə bol ruzi-bərəkət arzulayır.
Teqlər:
Məqaləni bəyəndinmi?
Dostlarla bölüşmək:
comments powered by HyperComments
up