Preloader image

Müəllimlər üçün “Yay məktəbi”
7-07-2017, 08:30
Xeberler / Təhsil
Redaktə
http://s018.radikal.ru/i527/1707/30/8107fa932e49.jpg


Müəllimlər üçün təşkil olunan “Yay məktəbi” davam edir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan proqramın əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir.
“Yay məktəbi”ndə müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və digər mövzularda nəzəri, praktik biliklər qazanırlar.
“Yay məktəbi”nin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Mənbə: http://www.edu.gov.az
Teqlər:
Məqaləni bəyəndinmi?
Dostlarla bölüşmək:
comments powered by HyperComments
up