Azərbaycan idmançılarından daha bir uğur

http://s015.radikal.ru/i332/1707/ef/b219d3fc6fb7.jpg


Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə üç gümüş medala layiq görülüblər.
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub.
Bakı İdarəetmə və Texnologiya Kollecinin IV kurs tələbəsi Gəray Əliyev isə 1998-1999-cu il təvəllüdlü idmançılar arasında idman dırmanması (sürət və çətinlik növü) üzrə yarışlarda ikinci yeri tutub.
Qaliblərə medal, diplom və mükafat təqdim edilib.

Mənbə: http://www.edu.gov.az
11 июль 0 37
Комментарии:
Мы ждем твоих комментариев, Анонимус
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно