все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

«Azərikimya» İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilmişdir

Просмотров: 181
http://s018.radikal.ru/i512/1709/f7/1817c684ed26.jpg


SOCAR-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında 20 sentyabr – Neftçilərin peşə bayramı gününə həsr olunmuş “Xəmsə” bilik yarışması keçirilmişdir.
“Azərikimya” İB-nin də təmsil olun¬duğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, MDU-nun Bakı filialının, Bakı Mühəndislər Universitetinin, Bakı Neft emalı zavodunun, Neft Kəmərləri İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Dövlət Texniki kollecinin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Karbamid zavodunun, FHN-nin Sumqayıt Regional mərkəzinin, Təhsil şöbəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, “N” saylı hərbi hissənin, “Asan Xidmət”in, Gənc Mühəndislər Cəmiyyətinin və digər müəssisələrin komandaları da daxil olmaqla 22 komanda qatılmışdır.
Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam edən bilik yarışmasında yüksək bilik səviyyəsi, məntiqi, mühakimə yürütmə qabiliyyəti və hazırcavablıqları ilə seçilən Gənc Mühəndislər Cəmiyyətinin komandası birinci, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. FHN Sumqayıt Regional Mərkəzinin komandası həvəsləndirici mükafata (IV yer) layiq görülmüşdür.
«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik etmiş, onlara daha böyük qələbə sevincləri arzulamışdır.
Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitə¬si tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur. Həmçinin Bakı Ali Neft Məktəbinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılmışdır.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов