все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

«Agro Dairy» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində olub

Просмотров: 336
https://d.radikal.ru/d35/1802/e5/77b5bbb000ba.jpg


https://c.radikal.ru/c21/1802/7a/ae42213f7007.jpg


https://b.radikal.ru/b25/1802/00/a8d878c80d5f.jpg


https://d.radikal.ru/d39/1802/5d/6928a84652cf.jpg


  https://b.radikal.ru/b34/1802/60/cfd9507433ba.jpg


https://a.radikal.ru/a18/1802/f0/263cae60e24e.jpg


Respublikamızda aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan «Agro Dairy» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) işgüzar səfər ediblər. Səfərin məqsədi müəssisə ilə universitet arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olub.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli Gundelik.info-ya bildirib ki, qonaqları qəbul edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi, mövcud vəziyyəti, aqrar təhsilə dövlət dəstəyi, maddi-texniki baza, aparıcı şirkətlərlə əməkdaşlıq əlaqələrinin zəruriliyi və bu istiqamətdə görülmüş işlər barədə danışıb. Şirkətin sahə üzrə meneceri, doktor Aleksander zu Dreele səmimi qəbula görə rektora dərin təşəkkürünü bildirərək, son illərdə universitetin əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlı olduğunu qeyd etmiş, həmçinin, son illərdə şirkətdə çalışan ADAU məzunlarının sayının artması da bildirmişdir.
Görüşdə aqronomluq və digər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin, praktiki dərslərin müəssisədə təşkili, mütəxəssislərin mübadiləsi, eksperimental tələbə qruplarının formalaşdırılması və onlara intensiv dərslərin keçirilməsi, tədris prosesinin birgə təşkili və monitorinqi, maddi-texniki bazadan istifadə məsələləri müzakirə olunub.
Qeyd edək ki, «Agro Dairy» MMC və ADAU arasında əməkdaşlığın əsası 2017-ci ildə qoyulmuşdur. İlkin mərhələdə, ADAU-da təşkil olunmuş traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu şirkətdə taxıl biçini prosesində yaxından iştirak edib.
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов