все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər

Просмотров: 119
Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər


* * *

Heyif, bu ağ güllər yeriyə bilmir,
Ürəyim çırpınır bu güllər üçün.
Ağlayır,
sızlayır kiriyə bilmir,
Heyif, bu ağ güllər yeriyə bilmir.
Ləçəklər süd rəngli ay işığıdı,
Bir elin, obanın yaraşığıdı.
Xəfif mehdən belə titrəyir, əsir,
O hara can atır, hara tələsir?
Bəlkə, görüşü var bir çinar altda?
Ağ gülə dönmüşəm mən də həyatda.
Durub gözləyirəm, gözüm yoldadır...
Yox, uşaq xəyalım məni aldadır!
Heyif, bu ağ güllər yeriyə bilmir,
Durub astanada yol da gözləmir;
Heç kimi, heç kəsi o əzizləmir.
Yeriyə bilsəydi, gəzə bilsəydi,
Hicrana, nisgilə dözə bilsəydi,
Ürəyim gül kimi açardı, yəqin.
O ata ağ güllər, ana ağ güllər,
Mənə ağ gülünü verməsəyədilər
Qoşulub o mənə qaçardı, yəqin...
Heyif, bu ağ güllər yeriyə bilmir,
Ürəyim çırpınır bu güllər üçün.
Ağlayır,
sızlayır kiriyə bilmir,
Heyif, bu ağ güllər yeriyə bilmir.

* * *

İşıqla, sərçəylə doludur küçə,
Doluduryarpaqla, sıxdır hər budaq.
Çiynimə, saçıma qonur bir sərçə,
Dəniz qapır ovcumdan hünərə bir bax.

Pənah gətirmişdi mənə bu sərçə
pənah,
Mənimçün
bütün varlıqların ən təmizidir.
Ölməzlik rəmzidir bu sərçə, Allah,
Cəsarət rəmzidir, hünər rəmzidir.

Sərçə hünərindən ilham, qida al,
Həmişə kökdə ol, soyda ol, könül.
Demirəm, sərçə ol, sərçə boyda ol,
Sərçənin ürəyi boyda ol, könül.

İti caynağında, boz qanadında
Dünyanın varını yığır ovcuma.
Ovcumdakı sərçə dünya boydadır,
Dünya bir sərçədir-sığır ovcuma.

May 1991.
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов