все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Rafiq ODAY.Yeni şeirlər

Просмотров: 191
http://s017.radikal.ru/i436/1602/42/6d2e8e87b108.jpg


Təsisçisi və direktor: Rafiq ODAY

Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının "Əməkdar jurnalisti"dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, "Kütləvi informasiya vasitələrinin inkişafına dəstək" layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

1002-ci gecə

Qana susamış
vampirləri xatırlatdı
öpüşlərin mənə –
Elə bil
silib səbətə atdığın,
nəyinsə xatirinə,
ala-yarımçıq yaşanmış
sevgilərin
acığını məndən çıxırdın…
Hətta bir-iki dəfə
dəli-dəli çığırdın,
“bu sənin”, “bu sənin”,
“bu da sənin” deyərək
sərsəmlədin də…
Nəfəsim təngiyir,
ürəyim yerindən
atlanır,
tir-tir titrəyirdi bədənim,
Qan qarışıq üzü aşağı
axırdı tərim…
…Başıma dəyən
qəfil zərbədən
bağıraraq ayıldım…
Zəngli saat
döşəmənin üstü ilə
dığırlanır,
tükürpədici səsi ilə
vahiməni bir az da artırırdı….
Aman Allahım…
Yuxu olsa da,
çox qorxulu,
çox dəhşətli mənzərə idi.
Tez güzgüyə baxdım,
Şükür, ağzım-burnum yerində idi…
Amma yenə də
gedim özümü bir
“Mayıl doxtur”a göstərim…

Adam demiş:

Ulamaq ulamaqdı,
Olmazmı çaqqaltək yox,
Qurd kimi ulayasan?!

Sonra da əlavə etmiş:

Az gedənə lələk qoş,
Gələnə quyruq bula.
Barı bir yol adam ol,
Ay tula oğlu, tula.

ADAM DEMİŞ:

Bir az özünü
qınamaqdan,
Bir az da
səni özünə
qınadanlara
lənət oxumaqdan
ibarətdi həyat.
Arada xırda-para
nə varsa –
hamısı təfərrüat…

***

Əllərimiz görüşdü…
Gözlədiyimin əksinə olaraq
alışıb külə dönmədi
barmqalarım…
Ya mən…
əllərinin hərarətini
hiss etməyəcək qədər
soyuğam,
Ya da…
mənə qədər
çəkib aparıblar
bu hərarəti
özgələri….
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов