все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrinin uğur formulu: Camal Rüstəmov Sloveniyadan geri qayıdıb

Просмотров: 291
https://d.radikal.ru/d38/1802/1c/4b39295c6c50.jpg


https://c.radikal.ru/c08/1802/bb/6db68d5cba88.jpg


https://b.radikal.ru/b31/1802/a7/3cd4dae4b6e8.jpg


 https://c.radikal.ru/c20/1802/ac/b056f0c9fd82.jpg


  https://b.radikal.ru/b34/1802/94/fd88e8eef856.jpg


Onunla Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Beynəlxalq əlaqələr şöbəsində görüşdüm. Sloveniyadan yenicə qayıdıb. Bir tədris ilini, yəni 2 semestri Sloveniyanın Nova Qoritsa universitetində oxuyub və yenidən doğma təhsil müəssisəsinə qayıdıb. Camal Rüstəmovu deyirəm. Bir az utancaq, təmkinli bir gəncdir. Ziyalı ailəsində böyüyüb. Bu tələbə ilə qısa bir söhbət apardım, təəssüratlarını dinlədim.
-Camal, hansı fakültənin tələbəsisən və neçənci kursadan Sloveniyaya getdin və hansı ixtisas üzrə oxudun?
- ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsində “biznesin idarə edilməsi” ixtisasının tələbəsiyəm və Sloveniyanın Nova Qoritsa universitetinə 3-cü kursdan getdim. Orda iki smestr idarəetmə ixtisası üzrə oxudum.
- Təhsil hansı dildə aparılırdı və ADAU ilə Nova Qoritsa Universiteti arasında fərqlər varmı?
-Təhsil ingilis dilində aparılırdı və bu mənim üçün çətin deyildi. Universitetlər arasında fərqə gəlincə ilk onu deyim ki, bəzi sahələrdə ADAU ordakı universitetdən güclüdür. Maddi-texniki baza və tələbələrin sosial həyat şəraiti bizdə çox yaxşıdır. Bizim burdakı tələbələrimiz ən müasir tələbə evlərində yaşayır. Orda isə bunu demək mümkün deyil. Nova Qoritsa universitetində isə ən çox bəyəndiyim təcrübəyə daha çox üstünlük verilməsi oldu. Bir də orda tələbə daha sərbəstdir.
-Orta məktəbi harada bitirmisən, ADAU-ya neçə balla qəbul olubsan və təhsil şəraitindən razısanmı?
-Mən Tovuz rayonunun Rövşən Alıyev adına Eyyublu kənd tam orta məkəbini bitirmişəm və həmin ildə də ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsinin biznesin idarə edilməsi ixtisasına qəbul olmuşam. İlk gündən burada tələbəyə qayğının, şəffaflığın, keyfiyyətli təhsilin şahidi olmuşam. Elə bu üzdən də oxumağım üçün problem yaşamamışam. Əksinə, dil biliyimi də artırmaq imkanı qazanmışam. Nəticədə isə Nova Qoritsa Universitetində təhsil almaq hüququ qazandım. İndi isə burdayam və təhsilimi ADAU-da davam etdirəcəm. Demək istəyirəm ki, bütün bunların hamısı universitetimizin beynəlxalq təhsil məkanında tanınmasından və bağlanan əməkdaşlıq müqavilələrindən yaranır. Son olaraq tələbəyə beynəlxalq aləmə çıxmaq imkanı yaradan rektorumuz, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetin mətbuat xidmətinin rəhbəri
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов