все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Orfoqrafiya Komissiyası təkliflərlə bağlı işçi qrup yaradıb

Просмотров: 198
https://c.radikal.ru/c28/1801/7c/9700942aa537.jpg


«Azərbaycan dilinin Orfoqrafiya Qaydaları» layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün Nəsimi adına Dilçilik İnstitutunda ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb.

Akademik M.Nağısoylunun rəhbərlik edəcəyi işçi qrupunun tərkibinə professorlar İ.Məmmədli, Q.Kazımov, S.Sadıqova, M.Əsgərov, dosentlər B.Məhərrəmli, Ş.Məmmədli, T.Şükürlü, R.Heydərov və fil.ü.f.d. X.Heydərova daxil edilib. İşçi qrupunun rəhbəri yeni orfoqrafiya qaydaları ilə bağlı təkliflərin toplanıb sistemləşdirilməsinin qarşıya məqsəd kimi qoyulmasını söyləyib.

İşçi qrupu «Azərbaycan dilinin Orfoqrafiya Qaydaları»na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Mənbə: http://www.dilcilik.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов