все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Просмотров: 124
https://a.radikal.ru/a15/1802/4d/c037eb569220.jpg


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev bildirmişdir ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olub. Ulu Öndərin təşəbbüsü nəticəsində 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edilib. Bu sənəddə faciənin başvermə səbəbləri və günahkarları haqqında məlumatlar açıqlanıb.
Sonra çıxış edən Xocalı hadisələrinin canlı şahidi, Xocalı polis bölməsinin rəisi işləmiş Sabir Məmmədov ordumuz yaradılmamışdan əvvəl Xocalının erməni təcavüzkarlarından müdafiəsinin əsasən yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri və polis tərəfindən həyata keçirildiyini qeyd etdi. O bildirdi ki, “Xocalı sakinləri amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparıb, erməni-rus hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşub, düşmən qarşısında əyilməyib, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar.”
S.Məmmədov Xocalı həqiqətlərinin tanıdılması və erməni yalanlarının ifşası istiqamətində ölkə rəhbərliyinin gördüyü işlər, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsindən danışdı. Qeyd edildi ki, bu istiqamətdə görülən işlər nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Mənbə: http://www.seferberlik.gov.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов