все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında”

Просмотров: 103
http://s018.radikal.ru/i528/1706/4a/5c250cce0951.jpg


“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində həyata keçirilən işləri davam etdirmək, beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyini daha da yaxşılaşdırmaq, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı tələb olunan prosedur və xərcləri optimallaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci, 2-ci, 7-ci hissələrdə və 3.1-ci bənddə “layihə-smeta” sözləri “layihə” sözü ilə əvəz edilsin;

1.2. 2-ci hissədən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın və həmin hissədə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” üzrə:

1.3.1. adında və mətnində “layihə-smeta” sözləri “layihə” sözü ilə əvəz edilsin;

1.3.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

“1.1-1. Büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və aktiv istehlakçıların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə prosedur və tələblər də bu Qayda ilə müəyyən edilir.”;

1.3.3. 1.2.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.7 – 1.2.12-ci yarımbəndlər əlavə edilsin:

“1.2.7. qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞ-nin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.11-ci bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğ;

1.2.8. balans mənsubiyyəti sərhədi – ETM ilə sifarişçi arasında elektrik qurğularının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.9. qoşulma aktı – sifarişçinin tikinti obyektlərinin ETŞ-yə qoşulmasını təsdiq edən sənəd;

1.2.10. qoşulma nöqtəsi – bu Qaydanın 3.1-1-ci bəndinə uyğun olaraq, ETŞ-yə fiziki qoşulma yeri;

1.2.11. aktiv istehlakçı – elektrik enerjisini istehlak etməklə yanaşı, ənənəvi, alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs;

1.2.12. mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi.”;

1.3.4. 1.4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.4.1. sifarişçinin mərkəzlərə müraciəti, qoşulma haqqının ödənilməsi, texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi);”;

1.3.5. 1.4.2-ci yarımbənddən “layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi,” sözləri çıxarılsın;

1.3.6. 1.8-ci bənd ləğv edilsin;

1.3.7. 1.9-cu bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir.”;

1.3.8. 1.10-cu bəndə “Sifarişçi” sözündən sonra “mərkəzlər tərəfindən” sözləri əlavə edilsin;

1.3.9. 1.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.11. Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir.”;

1.3.10. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Sifarişçi bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edərkən ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir.”;

1.3.11. 2.3-cü bənddə “bu Qaydanın 2.4-cü bəndinə əsasən hesablanmış vəsaitin” sözləri “qoşulma haqqının” sözləri ilə əvəz edilsin;

1.3.12. 2.4-cü, 4.3-cü və 4.5-ci bəndlər ləğv edilsin;

1.3.13. 2.9-cu bəndin ikinci cümləsində “bu Qaydanın 2.4-cü bəndinə əsasən ödədiyi vəsait” sözləri “ödədiyi qoşulma haqqı ETM tərəfindən” sözləri ilə əvəz edilsin;

1.3.14. 2.10-cu bəndin ikinci cümləsindən “lazımi gücə malik” sözləri çıxarılsın;

1.3.15. 2.12-ci bənddə “7 (yeddi)” sözləri “8 (səkkiz)” sözləri ilə əvəz edilsin və həmin bəndin üçüncü cümləsi çıxarılsın;

1.3.16. 2.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.13. ETM-in hazırladığı texniki şərtlər və layihə sənədləri sifarişçiyə məlumat üçün təqdim edilir (göndərilir). Sifarişçi texniki şərtlərdə göstərilən qoşulmaya dair tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımır.”;

1.3.17. 2.14-cü bənddə “onlara 1 (bir) gün ərzində baxılır və təsdiq edildiyi təqdirdə” sözləri çıxarılsın;

1.3.18. 2.15-ci və 2.16-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.15. Texniki şərtlər bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.

2.16. Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir.”;

1.3.19. 2.17-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Həmin texniki şərtlər Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddətə verilir. Bu müddətdə sifarişçi ilə ETM arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.”;

1.3.20. aşağıdakı məzmunda 2.19-cu və 2.20-ci bəndlər əlavə edilsin:

“2.19. ETM-in mərkəzlərdəki nümayəndəsi müvafiq yerli icra hakimiyyəti orqanının sorğusunu və sifarişçinin ərizəsini, müvafiq yerli icra hakimiyyəti orqanı isə sifarişçinin ərizəsini qəbul etməkdən imtina edə bilməz.

2.20. Sifarişçinin inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra onun müraciətinə əsasən, bu Qaydaya uyğun olaraq həyata keçirilir.”;

1.3.21. 3-cü hissənin adında “Layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma” sözləri “Tikinti-quraşdırma” sözləri ilə əvəz edilsin;

1.3.22. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.7-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə, heç bir haqq ödəmir.”;

1.3.23. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır.”;

1.3.24. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Tikinti obyektinin ETŞ-yə qoşulması və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsində (ETM-in müəyyən etdiyi yerdə) ETŞ-yə qoşulma ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir.”;

1.3.25. aşağıdakı məzmunda 3.4 – 3.7-ci bəndlər əlavə edilsin:

“3.4. Elektrik enerjisi sayğacı sifarişçinin tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin sərhədində (girişində), qidalandırıcı kabelin uclarında, ETM nümayəndəsinin maneəsiz baxış keçirə biləcəyi yerdə quraşdırılmalıdır.

3.5. Sifarişçinin sayğaclarla təchiz edilməsi, onların qu¬raş¬dı-rıl¬ması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir.

3.6. ETM ilə sifarişçi arasında elektrik qurğularının balans mənsubiyyəti sərhədi elektrik enerjisi sayğacının quraşdırıldığı yerlə və qoşulma aktı ilə müəyyən edilir.

3.7. ETM ilə sifarişçi arasında elektrik qurğularının istismarına görə məsuliyyət sərhədi balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir.”;

1.3.26. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq həmin gün ETM ilə sifarişçi arasında iki nüsxədə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanır və ETM elektrik enerjisinin verilməsini təmin edir.”;

1.3.27. 4.2-ci bənddə “İstismara qəbul” sözləri “Qoşulma” sözü ilə əvəz edilsin;

1.3.28. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. ETM ilə sifarişçi arasında qoşulma aktı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.11-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, bir ay müddətində təsdiq etsin;

2.5. məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı prosedur və müddətlərin azaldılması üçün qanunvericilikdə dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.6. məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;

2.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2018-ci il.


Mənbə: http://www.president.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов