все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Görkəmli Azərbaycan bəstəkarı Qara QARAYEV

Просмотров: 141
https://b.radikal.ru/b22/1805/59/3b60d9e93d02.jpg


Qara Əbülfəz oğlu Qarayev (d. 5 fevral 1918 — ö. 13 may 1982) — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.

Həyatı

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.[1] 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuşdur. Bir müddət Bakıya qayıtdıqdan sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.

1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur.

Bəstəkar Fərəc Qarayevin atası, həkim-pediatr Mürsəl Qarayevin qardaşı və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisidir.

Fəaliyyəti
1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. Moskvadan qayıtdıqdan sonra 1941–ci ildəMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944–cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur.

1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmişdir.

1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur. 1950–ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilmiş, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.

1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.

1954–1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.

1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmiş, 1957–ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olmuşdur. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.

1959–cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki. 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.

1963–ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir.

1965–ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.

1966-cı ildə Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuş, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmiş, Bakıda "Klassik süitanın" ilk ifası olmuşdur.

1968–ci il aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur.

1969–cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir.

1971–ci ildə "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur.

1972–ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.

1973-cü ildə P.İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.

1976-cl ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.

1978-ci ildə Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulmuşdur.

Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə gözəl bəstəkarlar yetişdirmiş, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələt dərc etdirmişdir.

Adlar və mükafatlar
"Əməkdə igidliyinə görə" medalı (1946)
Stalin mükafatı (1946)
"Vətən" operasına görə SSRİ Dövlət mükafatı (1946)
"Leyli və Məcnun" simfonik poemasına görə Dövlət mükafatı (1948)
Stalin mükafatı (1948)
Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1955)
"Bir məhəlləli iki oğlan" filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı (1957)
Azərbaycan SSR xalq artisti (1958)
SSRİ Xalq Artisti (1959)
"Uzaq sahillərdə" filminin musiqisinə görə Kiyevdə Ümumittifaq kino festivalında II Mükafat (1959)
Qırmızı Əmək Bayrağı ordeni (1961)
"Antoni və Kleopatra" tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafat (1965)
"İldırımlı yollarla" baletinə görə Lenin mükafatı (1967)
"İldırımlı yollarla" baletinə görə Lenin ordeni (1967)
Oktyabr İnqilabı ordeni (1971)
Sosialist Əməyi Qəhrəmanı (1978)[2]
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Əsərləri

Qara Qarayevin portreti (Adil Kərimov, Azərbaycan Milli İncəsənət Muzeyi)

Qara Qarayevin heykəli
Operalar

"Vətən" (1945) - Cövdət Hacıyevlə birgə
"Zəriflik" (1972) - fransız yazıçısı Anri Barbüsün əsəri əsasında qadın səsi və kamera orkestri üçün monodrama (1972)

Baletlər

"Yeddi gözəl" (1952)
"İldırımlı yollarla" (1958) - Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı
"Leyli və Məcnun" (1969) - eyniadlı simfonik poema əsasında birpərdəli xoreoqrafik poema
"Don Kixot" simfonik qravürləri (2000) - eyniadlı simfonik qravürlər əsasında birpərdəli balet

Müzikl

"Çılğın qaskoniyalı" - fransız dramaturqu E.Rostanın "Sirano de Berjerak" komediyası əsasında Azərbaycan musiqisi üçün yeni olan müzikl

Orkestr üçün əsərləri

Leyli və Məcnun simfonik poeması (1947) - Nizaminin poeması əsasında
"Yeddi Gözəl" simfonik süita (1949)
"Don Kixot" simfonik qravürləri (1960) - ispan yazıçısı Migel de Servantes əsəri əsasında
Üç simfoniya (1943, 1946, 1965) - III simfoniya Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır
"Azərbaycan süitası" (1939)
"Vyetnam süitası"
Alban rapsodiyası (1952)
Klassik süita (1966)
Fortepiano və orkestr üçün "Gənclik" poeması (1937)
Skripka və orkestr üçün konsert (1967)

Kamera əsərləri

İki simli kvartet
Kvartettino
Skripka və fortepiano üçün sonata
Fortepiano üçün iki sonatina (1940, 1943), 24 prelüdiya (1951—1963)
Nəfəsli və estrada orkestri üçün əsərlər, kinofilmlər, teatr tamaşaları üçün musiqilər.[3]

Kamera vokal əsərləri

Ömər Xəyyamın şeirlərinə səs və fortepiano üçün 6 rübai (1946)
Aleksandr Puşkinin şeirlərinə səs və fortepiano üçün "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları (1949)

Vokal-simfonik əsərləri

"Könül mahnısı" kantatası (1938)
"Sevinc mahnısı" kantatası (1947)
Səs və caz orkestri üçün 3 noktürn (1958)
"Partiyamız" kantatası (1959)
"Dostluq himni" (1972)
Xatirəsinin əbədiləşdirilməsi

Bakı şəhərində Qara Qarayevin abidəsi
1986-cı ildən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda bəstəkarın xatirəsinə həsr olunmuş Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir.
Bakıda metro stansiyası, Bakıda prospekt, İmişlidə küçə adı, Moskvada 75 nömrəli Uşaq Musiqi Məktəbi, Bakıda 8 nömrəli Uşaq Musiqi Məktəbi, Gəmi Qara Qarayevin adını daşıyır.
Bakıda Qara Qaraevin yaşadığı evin divarında xatirə lövhəsi quraşdırılıb.
3 fevral 2001-ci ildə Bakı şəhərinin 28 May küçəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qara Qarayevin abidəsi açılıb.[4]
20 iyun 2014-cü ildə Moskvada Qara Qaraevin 1973-cü ildən 1982-ci ilədək yaşadığı evdə xatirə lövhəsi açılıb.
Filmoqrafiya
Bəstəkar kimi

Ordenli Azərbaycan (film, 1938)(tammetrajlı sənədli film)
Bir ailə (film, 1943)(tammetrajlı bədii film)
Xəzər dənizçiləri (film, 1944)(tammetrajlı sənədli film)
Bakının işıqları (film, 1950)(tammetrajlı bədii film)
Mingəçevir (film, 1950)(qısametrajlı sənədli film)
Xəzər neftçiləri haqqında dastan (film, 1953)(tammetrajlı bədii-sənədli film)
Bir məhəllədən iki nəfər (film, 1957)(tammetrajlı bədii film)
Don Kixot (film, 1957)(tammetrajlı bədii film)(Rusiya)
Onun böyük ürəyi (film, 1958)(tammetrajlı bədii film)
Uzaq sahillərdə (film, 1958)(tammetrajlı bədii film)
Dənizi fəth edənlər (film, 1959)(tammetrajlı bədii-sənədli film)
Əsl dost (film, 1959)(tammetrajlı bədii film)
Matteo Falkone (film, 1960)(qısametrajlı bədii film)
Leyli və Məcnun (film, 1961)(tammetrajlı bədii film)
İnsan məskən salır (film, 1967)(tammetrajlı bədii film)
Nizami (film, 1982)(tammetrajlı bədii film)
Yeddi gözəl (film, 1982)(tammetrajlı bədii film-balet)

İştirak etdiyi filmlər

Axşam konserti (film, 1948)(qısametrajlı sənədli film)
Bülbül (film, 1968)(qısametrajlı sənədli film)
Respublikam haqqında həqiqət (film, 1972)(tammetrajlı sənədli film)
Ürək nəğməsi (film, 1989)(qısametrajlı sənədli film)

Əsərlərindən istifadə edilən filmlər

Doğma xalqıma (film, 1954)(tammetrajlı bədii-sənədli film)
150 il. Mirzə Fətəli Axundov (film, 1962)(qısametrajlı sənədli film)
Üçüncü simfoniya (film, 1968)(qısametrajlı sənədli film)
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)
Dostluq himni (film, 1974)(qısametrajlı sənədli film)
Əfsanələr aləmində (film, 1975)(qısametrajlı bədii film)(Rusiya)
Nəğməkar torpaq (film, 1981)(tammetrajlı musiqili film)
Əlvida, cənub şəhəri (film, 2006)(tammetrajlı bədii film)
40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
Həqiqətin özü (film, 2008)(tammetrajlı sənədli film)
Ölüm növbəsi (film, 2009)(tammetrajlı bədii film)
Üfüqü ötənlər (film, 2011)(tammetrajlı bədii-sənədli film)

Haqqında çəkilən filmlər

Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)(qısametrajlı sənədli film)
Qara Qarayev-60 (film, 1978)(qısametrajlı sənədli film)
Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)(qısametrajlı sənədli film)
İstinadlar
Kayzen.az – Böyük musiqiçilər: Qara Qarayev
Караев Кара Абульфаз оглы
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
http://sia.az/az/news/social/391363-prezident-ilham-eliyev-xalq-musiqimiz-muam-seneti-umumdunya-musiqi-senetinin-zirvesidir
Mənbə
“"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust.
Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 22 avqust.
Rəşid Şəfəq. "Qara Qarayev-75: Azərbaycan musiqisinin iftixarı" //Odlar yurdu.- 1993,- 20 fevral.- № 5-6.- səh. 2.
"Zamanın böyük bəstəkarı". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 155.
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов