все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Xalq rəssamı Arif HÜSEYNOV

Просмотров: 128
https://d.radikal.ru/d24/1805/8f/47526ed5d495.jpg


Təhsili: Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi (1965-1972), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1965-1972)
Mükafatları: Azərbaycan Respublikasının Əməkdar rəssamı (1992), Sənət uğurlarına görə "Hümay" mükafatı (1995), Azərbaycanın xalq rəssamı (2006), Azərbycan Respublikası Prezidentinin fəxri təqaüdü (2008)
Arif Şahbaz oğlu Hüseynov — Azərbaycanın xalq rəssamı.

Haqqında

Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960-62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965-72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

Yaradıçılığı
1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.

"Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev. “Arif Hüseynov. Cizgilərin hikməti”. Bakı. Aspoliqraf. 2013

Fərdi sərgiləri
1984 - "100 illüstrasiya", Baku-Moskva
2006 - "Daikokuya" qalereyası, Tokio, Yaponiya
2009 - Galerie Berlin-Baku, Berlin
2012 - “Azərbaycan Nağılı” Bakı
2012 - M.Ə.Sabir “Hophopnamə” Bakı
Qrup sərgiləri
1977 - "BAM" sərgisi, Bakı-Moskva;
1980 - Qrafika sərgisi, Bakı
1985 - "Dostluq palitrası" Bakı-Moskva-Praqa
1994 - "Fizuli-500", Bakı İncəsənət Mərkəzi
2007 - Çank Art, Ankara
2009 - "Şərqdən şərqə" bədii sərgi, Bakı
Mükafatlar
1992 - Azərbaycan Respublikasının Əməkdar rəssamı
1995 - Sənət uğurlarına görə "Hümay" mükafatı
2006 - Azərbaycanın xalq rəssamı
2008 Azərbycan Respublikası Prezidentinin fəxri təqaüdü
Ədəbiyyat
Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012.
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов