все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

“Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”

Просмотров: 116
    https://b.radikal.ru/b29/1806/f4/5bf852b73fcd.jpg


İyunun 7-də "ADA" Universitetində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda III beynəlxalq elm və təhsil konfransı öz işinə başlayıb.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ali məktəblərin rektorları, beynəlxalq ekspertlər, KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "ADA" Universitetinin prorektoru Vəfa Kazdal qeyd edib ki, ikigünlük konfransın əsas məqsədi 2013-cü ilin oktyabrında ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsindən keçən son beş il ərzində əldə edilmiş nəticələrin beynəlxalq təcrübə ilə müqayisədə təhlili və müzakirəsini aparmaqdır. Vəfa Kazdal elmi konfransa 50-dən çox tədqiqat işinin təqdim olunduğunu, onlardan 15-nin Elmi Şura tərəfindən bəyənildiyini, konfransın gedişində iştirakçılara təqdim olunacağını bildirib.

Təhsil naziri Ceyhun Bayramov çıxışına bir neçə gün əvvəl "ADA" Universitetində keçirilən tədbirdə ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi “Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin” fikri ilə başlayıb.

Nazir qeyd edib ki, təhsil sahəsində strateji hədəfləri müəyyən edən və Təhsil Nazirliyi üçün fəaliyyət planı xarakteri daşıyan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan təxminən 5 il vaxt keçir. Bu müddət ərzində bir sıra hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb, vacib nailiyyətlər əldə edilib. Təhsilin məzmunu, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə sahəsində bir çox təşəbbüslər reallaşdırılıb, pilot layihələr həyata keçirilib. Təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, bərabər imkanlar və səmərəlilik baxımından əldə olan bütün rəqəmlərə əsaslansaq, bütün sadalanan məsələlər üzrə müsbət dinamika əldə edilib. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar Təhsil Nazirliyinin maraq dairəsindədir.

Təhsil naziri son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsinin 24 faizdən 65 faizə qədər yüksəldiyini, heç bir zaman məktəbəhazırlıq təşkil edilməyən yüzlərlərlə yaşayış məntəqəsini əhatə etdiyini deyib. Nazir bildirib ki, ölkənin tarixində ilk dəfə olaraq 130 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb edilib, onların müvafiq ehtiyacları müəyyən olunub. Digər müsbət tendensiya yüksək bal toplayan abituriyentlərin müəllimlik peşəsini seçməsidir. 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub.

Şagirdlərin I sinfə qəbulu zamanı elektron sistemin tətbiq edilməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılmasından danışan təhsil naziri həmçinin digər tədbirləri də qeyd edib.

Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək belə bir platformanın təhsil sisteminin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. Məleykə Abbaszadə təhsillə bağlı innovasiyaların, elmi nəticələrin mütəxəssislər tərəfindən müzakirəsinin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, belə müzakirələr ictimai marağı və fikri bu istiqamətə yönəldə bilər.

"ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə isə Dövlət Startegiyasının qəbulu və sonrakı illərdə təhsil sistemindəki dəyişikliklər barədə məlumat verib. Onun sözlərinə görə, Dövlət Strategiyasının qəbulundan keçən müddət ərzində dünyada təhsil sahəsində sürətli dəyişikliklər baş verib. Buna görə də strategiya sənədinin bəzi müddəalarının dəyişilməsi zərurəti yaranıb.

Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub. Müraciətdə Dövlət Strategiyasının istiqamətləri barədə mövcud beynəlxalq təcrübə konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans işini “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına” dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam etdirib.

Mənbə: http://www.edu.gov.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов