все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul etmişdir

Просмотров: 69
https://d.radikal.ru/d35/1807/e7/839b5ffc030f.jpg


DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 12-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Tovuz rayonunda vətəndaşları qəbul etmişdir

Qəbulda Tovuz rayonunun sakinləri ilə yanaşı Şəmkir, Qazax və Ağstafa rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak etmişlər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Tovuz Rayon İcra Hakimiyyətinin önündə yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanları, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

Mənbə: http://www.tqdk.gov.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов