все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyib

Просмотров: 52
https://a.radikal.ru/a02/1807/3e/3772b976d256.jpg


İyulun 18-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə mediatur təşkil edilib.

Mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkilləri, media qurumlarının rəhbərləri və təhsil ekspertləri iştirak edib.

Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 46 839 namizədin elektron ərizəsi təsdiq edilib. İmtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, iyulun 16-dan start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.

İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-dək davam edəcək. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Mənbə: http://www.edu.gov.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов