все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

“JARA-2018” beynəlxalq musiqi festivalına həsr edilən filmin çəkilişləri davam edir

Просмотров: 66
https://a.radikal.ru/a08/1808/0c/e02085d20963.jpg


Xalq artisti Emin Ağalarovun baş prodüseri olduğu və işçi adı “Jara v Baku” olan filmin çəkilişləri davam edir. Filmin əsas qəhrəmanları moskvalı qız Darya və bakılı oğlan Muraddır. Filmdə, həmçinin iyulun 26-dan 29-dək Bakıda keçirilmiş “JARA-2018” beynəlxalq musiqi festivalında iştirak etmiş Rusiya estradasının ən parlaq ulduzları da çəkiliblər. Kinolayihənin prodüseri Teymur Cəfərovdur.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən mətbuat konfransında filmin prodüseri T.Cəfərov çəkiliş prosesi, məqsədlər və layihə komandasının üzləşdiyi problemlər barədə danışıb: “Filmdə hər şey ulduzların "Jara"ya gəldiyi təyyarədə başlayır. Elə həmin təyyarədə "Qolos" layihəsinin qalibi olan qəhrəmanımız Daşa da uçur. Ardından filmin hər bir qəhrəmanının arzusunun həyata keçməsinə gətirib çıxaran müxtəlif süjet xətləri başlayır. Filmin personajlarından biri də elə şəhərin özüdür. Bakını əcnəbi tamaşaçıya mükəmməl şəhər kimi təqdim etmək istəyirik”.

Filmdə əsas rollardan birini “JARA” festivalında səhnəyə çıxmaq xoşbəxtliyi yaşamış qəhrəman obrazını canlandıran aktrisa Diana Pojarskaya oynayacaq. Murad rolunda isə aktyor Nail Abraxmanov çəkilib.

Qeyd edək ki, filmin Azərbaycandakı distribüter şirkəti “Cinema Distribution”dur və o, “Cinemaplus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Mənbə: http://www.azertag.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов