все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında

Просмотров: 91
https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatlar

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edirik

2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunmuşdur. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13 %) boş qalmışdır.

Magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.

Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb. Burada da ixtisaslaşma seçiminə buraxılanların sayı plan yerlərindən az olub.

Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

Proqramlar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrinə dair statistika

Qəbul planı Qəbul edilibdir (o cümlədən, d.s. əsasında) Qəbulolma faizi Vakant yerlərin
Azərbaycan
bölməsi Rus bölməsi Bölmələr üzrə
cəmi sayı (faizi)
Proqram 1 99 82 (41) 6 (2) 88 (43) 88.89 11 (11.11)
Proqram 2 73 37 (9) 6 (2) 43 (11) 58.90 30 (41.10)
Proqram 3 117 87 (41) 8 (3) 95 (44) 81.20 22 (18.80)
Proqram 4 30 28 (15) 0 (0) 28 (15) 93.33 2 (6.67)
Proqram 5 67 43 (34) 6 (2) 49 (36) 73.13 18 (26.87)
Proqram 6 105 68 (28) 6 (3) 74 (31) 70.48 31 (29.52)
Proqram 7 26 17 (13) 1 (0) 18 (13) 69.23 8 (30.77)
Proqram 8 13 5 (4) 0 (0) 5 (4) 38.46 8 (61.54)
Proqram 9 32 27 (15) 0 (0) 27 (15) 84.38 5 (15.63)
Proqram 10 25 11 (8) 0 (0) 11 (8) 44.00 14 (56.00)
Proqram 11 123 101 (71) 12 (4) 113 (75) 91.87 10 (8.13)
Proqram 12 12 12 (7) 0 (0) 12 (7) 100.00 0 (0.00)
Proqram 13 83 50 (28) 3 (3) 53 (31) 63.86 30 (36.14)
Proqram 14 475 404 (182) 33 (15) 437 (197) 92.00 38 (8.00)
Proqram 15 56 34 (18) 4 (2) 38 (20) 67.86 18 (32.14)
Proqram 16 124 103 (60) 8 (3) 111 (63) 89.52 13 (10.48)
Proqram 17 45 43 (27) 0 (0) 43 (27) 95.56 2 (4.44)
Proqram 18 95 70 (29) 9 (4) 79 (33) 83.16 16 (16.84)
Proqram 19 169 134 (55) 10 (1) 144 (56) 85.21 25 (14.79)
Proqram 20 47 20 (8) 1 (0) 21 (8) 44.68 26 (55.32)
Proqram 21 62 36 (24) 2 (1) 38 (25) 61.29 24 (38.71)
Proqram 22 135 94 (44) 4 (1) 98 (45) 72.59 37 (27.41)
Proqram 23 49 43 (18) 4 (2) 47 (20) 95.92 2 (4.08)
Proqram 24 28 21 (11) 0 (0) 21 (11) 75.00 7 (25.00)
Proqram 25 4 4 (3) 0 (0) 4 (3) 100.00 0 (0.00)
Proqram 26 1296 893 (339) 72 (21) 965 (360) 74.46 331 (25.54)
Proqram 27 338 312 (83) 13 (1) 325 (84) 96.15 13 (3.85)
Proqram 28 181 89 (58) 8 (5) 97 (63) 53.59 84 (46.41)
Proqram 29 6 6 (5) 0 (0) 6 (5) 100.00 0 (0.00)
Proqram 30 10 3 (2) 0 (0) 3 (2) 30.00 7 (70.00)
Proqram 31 130 125 (72) 3 (1) 128 (73) 98.46 2 (1.54)
Proqram 32 142 103 (51) 7 (3) 110 (54) 77.46 32 (22.54)
Proqram 33 177 130 (65) 8 (2) 138 (67) 77.97 39 (22.03)
Proqram 34 92 81 (35) 2 (0) 83 (35) 90.22 9 (9.78)
Proqram 35 65 29 (21) 1 (1) 30 (22) 46.15 35 (53.85)
Proqram 36 32 10 (9) 0 (0) 10 (9) 31.25 22 (68.75)
Proqram 37 53 37 (11) 1 (0) 38 (11) 71.70 15 (28.30)
Proqram 38 294 188 (42) 0 (0) 188 (42) 63.95 106 (36.05)
Proqram 39 47 1 (0) 4 (0) 5 (0) 10.64 42 (89.36)
Proqram 40 326 293 (99) 12 (0) 305 (99) 93.56 21 (6.44)
Proqram 41 123 27 (6) 6 (3) 33 (9) 26.83 90 (73.17)
Proqram 42 94 61 (25) 5 (1) 66 (26) 70.21 28 (29.79)
Proqram 43 84 9 (8) 2 (2) 11 (10) 13.10 73 (86.90)
Proqram 44 44 8 (8) 1 (1) 9 (9) 20.45 35 (79.55)
Proqram 45 33 13 (8) 0 (0) 13 (8) 39.39 20 (60.61)
Proqram 46 141 106 (65) 1 (1) 107 (66) 75.89 34 (24.11)
Proqram 47 232 91 (47) 13 (8) 104 (55) 44.83 128 (55.17)
Proqram 48 66 41 (26) 3 (2) 44 (28) 66.67 22 (33.33)
Proqram 49 126 108 (49) 9 (1) 117 (50) 92.86 9 (7.14)
Proqram 50 66 38 (11) 1 (0) 39 (11) 59.09 27 (40.91)
Proqram 51 16 1 (0) 0 (0) 1 (0) 6.25 15 (93.75)
Proqram 52 10 4 (3) 0 (0) 4 (3) 40.00 6 (60.00)
Proqram 53 82 43 (17) 8 (2) 51 (19) 62.20 31 (37.80)
Proqram 54 38 26 (13) 2 (1) 28 (14) 73.68 10 (26.32)
Proqram 55 24 17 (16) 2 (2) 19 (18) 79.17 5 (20.83)
Proqram 56 1555 1053 (2) 186 (0) 1239 (2) 79.68 316 (20.32)
Proqram 57 6 6 (4) 0 (0) 6 (4) 100.00 0 (0.00)
Proqram 58 20 11 (8) 5 (5) 16 (13) 80.00 4 (20.00)
Proqram 59 60 45 (10) 4 (2) 49 (12) 81.67 11 (18.33)
Proqram 60 4 2 (2) 2 (2) 4 (4) 100.00 0 (0.00)
Proqram 61 4 4 (4) 0 (0) 4 (4) 100.00 0 (0.00)
Proqram 62 4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 63 4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 64 4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 65 4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 66 10 4 (4) 4 (2) 8 (6) 80.00 2 (20.00)
Proqram 67 10 8 (6) 0 (0) 8 (6) 80.00 2 (20.00)
Proqram 68 108 64 (32) 6 (5) 70 (37) 64.81 38 (35.19)
Proqram 69 32 16 (12) 1 (0) 17 (12) 53.13 15 (46.88)
Proqram 70 58 45 (30) 2 (2) 47 (32) 81.03 11 (18.97)
Proqram 71 5 5 (5) 0 (0) 5 (5) 100.00 0 (0.00)
Proqram 72 16 6 (5) 0 (0) 6 (5) 37.50 10 (62.50)
Proqram 73 5 3 (3) 0 (0) 3 (3) 60.00 2 (40.00)
Proqram 74 2 1 (0) 0 (0) 1 (0) 50.00 1 (50.00)
Cəmi 8373 5752 (2126) 517 (124) 6269 (2250) 74.87 2104 (25.13)

Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olanlar 2018-ci il avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Mənbə: http://www.tdqk.gov.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов