все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

“Azərikimya" İB ilə STP arasında əlaqələr inkişaf etdirilir

Просмотров: 151
https://c.radikal.ru/c41/1809/a0/767ccd572f52.jpg


 https://b.radikal.ru/b26/1809/65/5c76295f7206.jpg


https://d.radikal.ru/d24/1809/21/942c692ff539.jpg


https://a.radikal.ru/a17/1809/46/a687844b417e.jpg


https://c.radikal.ru/c31/1809/54/7618f6e8d369.jpg


Gundelik.info xəbər verir ki, SOCAR-ın bütün idarə və müəssisələrində olduğu kimi “Azərikimya” İstehsalat Birliyində də yerli iş, xidmət və məhsul istehsalçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın, ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə daim önəm verilir.
Bu əlaqələrdən biri kimi Sumqayıt Texnologiyalar Parkının dəvəti ilə ötən həftə “Azərikimya” İB-nin bir qrup rəhbər və mühəndis heyəti adıçəkilıən müəssisədə olmuş, yeni məhsullar və xidmətlərlə tanış olaraq, gələcəkdə istehsal olunacaq məhsullarla maraqlanmışlar.
Bu görüşün davamı olaraq 5 sentyabr 2018-ci il tarixində “Azərikimya” İB-də Sumqayıt Texnologiyalar Parkının nümayəndə heyəti qəbul edilmişdir.
Qonaqlara “Azərikimya” İB-nin tarixi, bugünkü fəaliyyəti, aparılan genişmiqyaslı modernizasiya və yenidənqurma işləri, həmçinin gələcək planlar və perspektiv layihələr haqqında təqdimat xarakterli geniş məlumat verilmişdir.
Görüş əsnasında təşkilatlar arasında ikitərəfli mövcud və gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə olunmuş, STP-nin istehsal etdiyi yerli məhsulların və xidmətlərin “Azərikimya” İB-nin fəaliyyətində yaxından istifadəsi imkanlarına baxılmışdır. Həmçinin “Azərikimya” İB tərəfindən yerli istehsalçıların həmişə dəstəkləndiyi və gələcəkdə də bu strategiyanın davam etdirilməsinin prioritet olacağı vurğulanmışdır.
Daha sonra STP nümayəndələri üçün Etilen-polietilen zavodu ərazisinə baxış təşkil olunmuş və əyani olaraq zavodda aparılan rekonstruksiya və modernizasiya işləri barədə ətraflı məlumat verilmişdir.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов