все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir

Просмотров: 52
  https://a.radikal.ru/a33/1811/12/67e6d8b7fac4.jpg


Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasının 7-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Müsabiqəyə 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq.

3. Hər bir iştirakçı müsabiqəyə 1 yazı təqdim edə bilər.

4. Yazılar 3 min işarədən çox olmamalıdır.

5. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı və SHXÇDX-nin 7 il ərzində gördüyü işlər işıqlandırılmalıdır.

6. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər.

7. Müsabiqə üçün yazılar 2018-cı ilin dekabr ayının 10-dək elektron formada (yazının linki əlavə edilməklə) info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü, çalışdığı media orqanı haqqında məlumatları və əlaqə nömrələrini göstərməsi zəruridir.

8. Yazılar dərc olunarkən “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur” qeydinin olması zəruridir.

Qaliblərin mükafatlandırılması:

I yer - 1000 manat
II yer – 700 manat
III yer – 500 manat

Həvəsləndirici mükafatlar (10 mükafat) – 100 manat

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası

Əlaqə telefonları: (012) 493-06-52

Mənbə: http://www.seferberlik.gov.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов