все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Saatlı rayonunda “Vətənin müdafiəsinə hazıram!”adlı tədbir keçirilib

Просмотров: 42
https://d.radikal.ru/d41/1811/40/7e47f365ad98.jpg


https://b.radikal.ru/b25/1811/d2/15f39bc32de0.jpg


  https://b.radikal.ru/b33/1811/8a/698a1ae63002.jpg


 https://c.radikal.ru/c03/1811/2e/b529da4c550d.jpg


     https://d.radikal.ru/d12/1811/92/e07c6e595bf8.jpg


Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, 6 noyabr 2018-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova bildirmişdir ki, gənclər siyasəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir və bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov çıxışında bildirib ki, gənc nəslin milli ruhda tərbiyə edilməsi cəmiyyətin sağlam gələcəyinin təməlidir və bu istiqamətdə görülmüş işlər müsbət nəticələr verir.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli milli ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, müasir silah və hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi azad etməyə hər an hazırdır.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Saatlı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Mənbə: http://www.seferberlik.gov.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов