все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Türkiyənin “Kanal 7” televiziyasında Azərbaycandan bəhs olunub VİDEO

Просмотров: 95
https://a.radikal.ru/a25/1811/0e/e13df73fcfb8.jpg


Türkiyənin “Kanal 7” televiziyasında Özlem Tuncanın təqdimatı ilə hər bazar günü yayımlanan “Dünyanı gəzirəm” verilişinin budəfəki buraxılışında ölkəmizdən bəhs olunub.

AZƏRTAC xəbər verir ki, verilişdə paytaxt Bakının görməli yerləri, tarixi məkanları barədə geniş məlumat verilir.

Aparıcı izləyicilərinə Bakıda ilk dəfə şəhər turuna çıxdığını deyir. Bildirir ki, Azərbaycanın paytaxtı müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə çəkən bir şəhərdir.

Müəllif bildirir ki, Bakı bir-birindən gözəl park və xiyabanları, Xəzər dənizinin sahili boyu uzanan bulvarı, geniş və səliqəli küçələri ilə göz oxşayır. Bakının simvollarından biri olan "Alov qüllələri", qədim İçərişəhər haqqında türkiyəli izləyicilərə məlumat verən aparıcı küçələrindən ədviyyat qoxusu gələn tarixi qala divarlarının əhatələdiyi İçərişəhərin onda xoş bir təsir oyatdığını vurğulayır. Verilişdə Şirvanşahlar sarayının Bakının unikal tarixi məkanlardan olduğu bildirilir. Burada sərgilənən muzeydəki eksponatların bu yurdun qədim tarixindən soraq verdiyi diqqətə çatdırılır.

Verilişdə "Dünyanı gəzirəm"in yaradıcı heyətinin səfər çərçivəsində Bakının Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət etdikləri bildirilir.

Mənbə: http://www.azertag.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов