![]() “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv natiq – uğurlu sahibkar” layihəsinin icrasına start verib. DVC-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək verilməsidir. Layihə çərçivəsində dörd bölgədə - Bakı, Gəncə, Şəki və Xaçmazda təlim kursları keçiriləcək. Əvvəlcə bölgə gəncləri üçün təlimlər təşkil olunacaq. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında məlumatlandırıldıqdan sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər qazanacaqlar. Mənbə: http://www.azertag.az |
Добавил ATILLA 12-02-2019, 07:00
Просмотров: 20
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.