все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Prezident İlham Əliyevin sosialyönümlü siyasəti BMT tərəfindən ən yüksək qiymətini aldı

Просмотров: 611
http://s019.radikal.ru/i641/1509/03/3a29ee5e3cb2.jpg


Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir.
Dünyada maliyyə və iqtisadi böhranın hələ də səngimədiyi və risklərin artdığı bir vaxtda Azərbaycan bütün makroiqtisadi parametrlər üzrə inkişafı təmin edib. Xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunub. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Ölkəmizə cari ilin 6 ayında 12,7 milyard manat sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir. Xarici sərmayələrin üstünlük təşkil etməsi bir daha göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.
Ötən müddətdə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib. Aparıcı reytinq agentlikləri də öz növbəsində (“Fitch Ratings” və “Standard and Poor`s”) bu qiymətləndirməni bölüşmüş və cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiqləmişdir.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə gətirib çıxarıb. Cari ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 48 mini daimi iş yeridir. Son 12 il ərzində isə 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimidir. Azərbaycanda işsizlik ötən ilin yekunlarına görə, 5 faiz səviyyəsində olub. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər.
Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirməyin, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup və fərdlərin maraqlarının ödənməsinin labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar münasibətlərinin azadlığı və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır ki, bu da istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni, ən inkişaf etmiş dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni hüquqların təmini ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur. Sosial infrastrukturlar yaradılır, məktəblər, xəstəxanalar tikilir. Hazırda təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur və yeniləri də tikilir.
Prezident İlham Əliyevin ulu öndərin təkmil siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi praqmatik, müasir lider imicinə malik olması, müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunub. Sentyabrın 26-da Nyu Yorkda mükafatın təqdim olunma mərasimi keçirilib. Mərasimdə bildirilib ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə “Cənub-Cənub” mükafatı ilə təltif olunub.
Mükafatı Prezident İlham Əliyevin adından xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib. “Cənub-Cənub” mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilat və BMT-yə üzv bir sıra dövlətlər, agentliklər və fondlar tərəfindən təsis edilib. Bu mükafat BMT-nin hesabatlarına əsasən, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.
Xatırladaq ki, bir müddət əvvəl Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik “BizNewsAsia” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan etmişdi. Həmçinin Prezident İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilmişdi. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən, Prezident İlham Əliyevin İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilməsi Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir.
“Rəy” Monitorinq Mərkəzinin cari ilin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri də bu baxımdan diqqəti cəlb edir. Cavablardan görünürdü ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. Bütün bunlar göstərir ki, ölkə həyatının bütün sahələrində əldə edilən uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında dəyərləndirilir və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
Prezident İlham Əliyevin 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunması da dövlət başçısına beynəlxalq səviyyədə verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов