все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

17 oktyabr Ümumdünya yoxsulluqla mübarizə günüdür

Просмотров: 679
http://gundelik.info/uploads/posts/2015-10/1445071052_17-oktyabr-acligin-aradan-qaldirmasi.jpghttp://gundelik.info/uploads/posts/2015-10/1445071052_17-oktyabr-acligin-aradan-qaldirmasi.jpg


17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması – Ümumdünya Yoxsulluqla mübarizə günüdür. Bu günün tarixi 1987-ci ildən başlayır. 23 il əvvəl oktyabr ayının 17-də yüz minə yaxın insan 1948-ci ildə İnsan Haqları Haqqında Ümumi Deklarasiyanın imzalandığı Parisin Trokadero meydanına toplaşmışdı. Məqsəd bütün dünyadakı yoxsullara, aclıqdan əziyyət çəkən insanlara diqqət çəkməkdən ibarət idi. 1992-ci il 22 dekabr tarixində isə Birləşmiş Millətlər Təşkilatının 17 oktyabr tarixini Yoxsulluqla Mübarizə günü kimi elan etdi və bütün bəşəriyyəti bu problemlə mübarizəyə səsləmiş oldu.

Hal-hazırda bütün dünyada milyonlarla insan yoxsulluqdan, aclıqdan əziyyət çəkir. Statistik məlumatlara əsasən, dünyada hər 1 dəqiqədə 1 kasıb ana doğuş zamanı həyatını itirir; yoxsulluq üzündən hər 3 saniyədə 1 körpə məhv olur; hər gün 50 min insan qarşısı alına biləcək xəstəliklərdən dünyasını dəyişir; hər il 11 milyon uşaq 5 yaşı tamam olmadan vəfat edir; 1,1 milyard adam gündə 1 dollardan az vəsaitlə dolanmaq məcburiyyətindədir; 1,2 milyard insan içməyə su tapmır və nəhayət hər gecə 1 milyard insan ac yatır və ya ac olduğu üçün yata bilmir...

Dünyada bu qədər aclıq, yoxsulluq olmasının əsas səbəblərindən biri israfın qlobal səviyyədə artmasıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada istehlak üçün istehsal edilən hər 3 qidadan biri yeyilmədən zibilliyə atılır. Dünya səviyyəsində israf edilən qida miqdarı isə ildə 1.3 milyard tondur. Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrin zibilliklərinə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyuracaq səviyyədədir. Yəni dünyada aclıq və ya qıtlıq problemi yox, sevgisizlik və laqeydlik problemi var. Yəni uşaqlar əslində acından ölmür, dəhşətli sistemin qorxunc nəticəsi olaraq həyatını itirir. Yaxşı planlama ilə israfın qarşısı alına bilər. Dünyadakı zənginliklər balanslı şəkildə bölüşdürülərək aclıq probleminin həll etmək mümkün olduğu halda, bu gün aclıq «dünyanın ən böyük 10 sağlamlıq riski» siyahısında hələ də birinci yerdədir.

Bu mövzuda Fransa höküməti başqa dövlətlərə də nümumə olacaq bir addım atıb. Parlamentdə qəbul edilən qanuna görə, topdan satışla məşğul olanlar əllərində qalan ərzaq məhsullarını artıq zibilliyə atmayacaq. Satılmamış qidanın istehlak edilə bilməyəcək səviyyəyə gətirilməsi də qadağan edilir. Satılmayıb əldə qalan qida bağışlanmalı, heyvan yemi olaraq və ya gübrə kimi əkinçilikdə istifadə edilməlidir. 400 m2 sahəni əhatə edən supermarketlərə də qida hədiyyə etmək üçün hər hansı bir xeyriyyə təşkilatı ilə müqavilə bağlamaq məcburiyyəti gətirilir. Fransanın atdığı bu addım başda inkişaf etmiş ölkələr olmaqla hər ölkənin həyata keçirməli olduğu vacib siyasətdir.

Təəssüf ki, dünyadakı olduqca böyük kütlə öz varlığını hər şeydən önəmli görür. Bunun adı isə eqoizmdir. İsraf bəlasının yer üzündən silinməsi, ancaq insanların eqoizm və acgözlüklərini tərk etmələri ilə mümkün olar. Buna nail olmağın isə bir yolu var: sevgi. Sevgini bilməyən bir insana şəfqəti, qoruyuculuğu, paylaşmağı və paylaşmanın verdiyi xoşbəxtliyi öyrətməyin yolu yoxdur. Başqa diyarlarda və ya qapı qonşusunun acından ölməsi onu heç maraqlandırmayacaq. Dolayısilə dünyanın üz-üzə qaldığı bu aclıq və qıtlıq faciəsinə diqqət çəkmək istəyənlər ilk öncə insanlara sevgini öyrətməklə işə başlamalıdırlar. Dünyada aclıqlan mübarizə aparan qurumlar ilk öncə şəfqətin gözəlliyini insanlara tanıtmalı, sonra onlara yol göstərməlidirlər. Başları öz məşğuliyyətlərinə qarışan, özlərindən başqa demək olar ki, heç nəyə əhəmiyyət verməyən bəzi insanların dünyadakı faciəni görmələrini təmin etməyin başqa yolu yoxdur.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов