все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Bakıda “Yeganə pələngin mənəm” sərgisi açılıb

Просмотров: 483
http://azertag.az/files/galleryphoto/2015/3/1000x669/14479524585308732740_1000x669.jpg


Noyabrın 19-da YAY Qalereyasında gənc rəssam Fərhad Fərzəliyevin “Yeganə pələngin mənəm” adlı ilk fərdi rəsm sərgisi açılıb.

Açılış mərasimində mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Sərgiyə təqdim olunan 30-dək sənət əsərinin əsas leytmotivini real dünyanın dərk edilməsi üsulu kimi incəsənətin cavablar verməkdən daha çox suallar irəli sürməsi fikri təşkil edib. Rəssam sənət əsərlərində əsas fikrini video və fotoqrafiyadan saund-instalyasiyalaradək, öz yaradıcılığında neon və tekstildən tutmuş redi-meyd obyektlərədək müxtəlif materiallardan istifadə edib. “Yeganə pələngin mənəm” sərgisi vəhşi təbiətin və qadın tərəfindən yaradılmış süni pişik obrazının, sanki bir-biri ilə rəqabət apardığı antropoloji təhlildir. İnsanın təbiətdən ilhamlanaraq yaratdığı teksturalar “kitç”sayağı bəsitliyi özündə ehtiva edir. Sərgiyə təqdim edilən videoya musiqili müşayiət – orta əsrlərdə izafi açıq-saçıqlığına görə qadağan olunmasına cəhd edilən şirnikdirici rəqs - “Sarabanda” burada yeni məna daşıyır. Həmin o “yeganə pələngin” səsi yalnız sərginin adında öz varlığından xəbər verirsə, rəqs artıq iki tərəf müqabilinin qarşılıqlı əlaqəsi olmur və getdikcə daha çox ovu xatırladır.

Ekspozisiyaya obyektlər, video, səs və rəssamın qalereya otağını konseptual olaraq transformasiya etdiyi məkanın instalyasiyası daxildir.

Sərgi 2016-cı il yanvarın 10-dək davam edəcək.

Qeyd edək ki, Fərhad Fərzəliyev 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Bir sıra beynəlxalq və respublika səviyyəli sərgi və tədbirlərdə, layihələrdə iştirak edib. O, 2015-ci ildə Rusiyanın Perm şəhərindəki PERMM muzeyində Azərbaycan müasir incəsənətinin “Konfet dağlar, neftli sahillər” qrup sərgisinə həm rəssam, həm də kurator kimi qatılıb.
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов