все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

ABŞ neft ixracına qadağanı ləğv etdi

Просмотров: 436
http://www.azerbaijan-news.az/images/contents/82ac91de7f41328d6c2296af359bfbbc.jpg


ABŞ Prezidenti Barak Obama 2016-cı il üçün dövlət büdcəsinin layihəsini imzalamışdır. Sənəd ABŞ-dan xam neft ixracına 40 il əvvəl qoyulmuş qadağanı ləğv edir. Bu barədə Ağ evin mətbuat xidməti məlumat vermişdir.
Büdcə 1,1 trilyon dollar məbləğində xərcləri nəzərdə tutur və 2015-ci ilin oktyabrından 2016-cı ilin sentyabrınadək olan dövrə hesablanmışdır.
“Bloomberg” agentliyi qeyd edir ki, embarqonun qaldırılmasına respublikaçılar və Amerikanın neft şirkətləri çalışırdılar. Obama administrasiyası isə belə bir qərara qarşı çıxaraq alternativ enerji mənbələrinin inkişaf etdirilməsinin zəruriliyi üzərində israr edirdi.
ABŞ-dan xaricə neft ixracına qadağa 1975-ci ildə qoyulmuşdu. Ərəb dövlətləri 1973-cü il ərəb-İsrail müharibəsinin gedişində İsraili dəstəkləyən ölkələrə qarşı sanksiyalar tətbiq etdikdən sonra rəsmi Vaşinqton xaricə neft ixracını dayandırmışdı. Nəticədə neftin bir barelinin qiyməti 3 dollardan 12 dollara qalxmışdı.


Mənbə: http://www.azerbaijan-news.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов