Binəqədi rayonunda "Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları" mövzusunda konfrans keçirilib

9-06-2016, 15:30
614

http://s018.radikal.ru/i505/1606/a1/f915bf7be72b.jpg


Gundelik.info xəbər verir ki, iyunun 3-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ећurasının maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsini təşkilati dəstəyi ilə "Bizim Nəsil" Gənclərin regional İnkişaf Assosiasiyası tərəfindən "Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları" mövzsunda konfrans keçirilib.
Tədbirdə Azərbaycanda tolerantlıq mühiti, radikal dini cərəyanların, ekstremizmin təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər- radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi, radikallığa qarşı mübarizədə düzgün maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub.
"Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyevin aparıcısı olduğu konfransda AMEA Fəlsəfə İnstitutunun Multikulturalizm şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov geniş məruzə ilə çıxış edib.
Məruzədən sonra tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov mövzü ilə bağlı öz fikirlərini bildirib.
DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında dini radikalizm və onun fəsadları barədə məsələlərə toxunmuş və vətəndaşВ¬laВ¬rıВ¬mızı dini ekstreВ¬mist qrupların və onların silahlı dəstələriВ¬nin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pisləyərək, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında məlumat verib.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə öz nitqində bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildirdi. Eyni zamanda natiq dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə istiqamətində görülən işlərdən danışıb.
Daha sonra məruzə ətrafında rayon din xadimləri, ziyalıları və fəal gəncləri tərəfindən müzakirələr davam etdirilib.
Konfransda iştirak edən 140 nəfər iştirakçıya müxtəlif nəşr-paylama materialları da təqdim olundu.
Konfransın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Fitnə" filminin nümayişi olub.

Elşən Yəhyayev,
Gündəlik Analitik İnformasiya Agentliyinin xüsusi müxbiri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: