Din olmasa əxlaq olarmı?

24-01-2016, 23:43
608


Dinsiz cəmiyyətdə insanlar hər cür əxlaqsızlığı edərlər. Dindar insan axirətdə cavab verəcəyini bildiyi üçün əsla rüşvət almaz, qumar oynamaz, yalan danışmaz, paxıllıq etməz. Bir insan "mən dinsizəm, ancaq rüşvət almıram" deyə bilər. Lakin onun bu əxlaqı şərtlərə və mühitə görə dəyişir. Çünki Allahdan qorxmur və axirətə inanmır.
Dindar insan isə Allahdan qorxur. Allahın niyyətini, düşüncələrini də bildiyini unutmur, səmimi davranır, günahdan çəkinir. Allaha və axirətə inanan insan şərtlər və mühit dəyişsə də, gözəl əxlaqdan əl çəkmir. Əxlaqı dəyişkən deyil, sabit olur.

O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur, Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. (Rad surəsi, 20-21)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: