Daş – qalaq (rəcm) Quranda varmı?

1-03-2016, 20:00
647

http://s019.radikal.ru/i615/1603/35/199553f7f7b6.jpg


İslam dini illərdir dinə əlavə edilən bidətlərdən, xurafatlardan zərər çəkir.

İslam dini illərdir dinə əlavə edilən bidətlərdən, xurafatlardan zərər çəkir. Quranda olmayan minlərlə hökm dinimizə əlavə edilib və bu hökmlər asan olan dinimizi dünyaya dəhşət dini kimi tanıdıb. Nümunə üçün qeyd edim, 55 min saxta hədis əlavə edilib və təbii ki, bu hədislərlə gələn bir-birindən fərqli halal-haramlar. Bu hökmlər haqqında zaman-zaman bəhs edirik. Bu yazını yazmağımda məqsəd isə rəcm (daş-qalaq) haqqında bir çoxlarının bilmədiyi məlumatları diqqətinizə çatdırmaqdır.

"Daş-qalaq edilən Sürəyya" filmini, yəqin ki, izləməyən yoxdur. İzləməsə belə, bu filmin adını mütləq eşitmişdir. Filmdə İslam dünyasında hökm sürən radikalizm və fanatizm öz əksini tapıb, zina iftirası atılaraq şərlənən və rəcm edilən qadından bəhs edilir. Bu film xurafatçıların dinə gətirdiyi vəhşəti bütün dünyaya göstərdi və filmi izləyən bir çox insanın dindən soyumasına səbəb oldu.

Yaxın günlərdə Suriyada zina səbəbi ilə bir qadını daşlayıb öldürdülər, ilk daşı qızın atası atmışdı. Pakistanda isə gənc qız sevdiyi oğlanla ailə qurmaq istədiyi üçün atası və qardaşları tərəfindən daş-qalaq edilib öldürüldü.

Halbuki zinaya görə daş-qalaq edilmə İslama sonradan əlavə edilmiş və Quranda olmayan hökmlərdən biridir. Əslində, bu adət yəhudilik və xristianlıqdan qalmışdır. Bu haqda bəzi nümunələr göstərəcəyəm. Peyğəmbərimizin (səv) zamanında yəhudi bir qadının zina etdiyi üçün cəzalandırılması tələbi ilə yəhudilər peyğəmbərin yanına gəlir. Peyğəmbərimiz (səv) zina edənlərin yəhudilikdə necə cəzalandırıldığını soruşanda, onlar yarıya qədər toprağa basdırıb daş-qalaq etdiklərini deyirlər. Yəhudilərin şəriət kitabı "Talmud"da rəcm haqqında belə yazılır:

22: 22 əgər bir adam başqa birinin qadını ilə birlikdə olarsa, həm kişi, həm qadın, ikisi də öldürüləcək. İsraildən pisliyi uzaqlaşdıracaqsınız.

22: 23 əgər bir adam şəhərdə nişanlı qızla qarşılaşar və onunla birlikdə olarsa,

22: 24 ikisini də şəhərin qapısına aparacaq, daşlayaraq öldürəcəksiniz...

Bu hökm hz.İsanın zamanında xristianlığa da daxil edildi. Hz.İsanın təbliğ etdiyi din insanlara hamı ilə mehriban olmağı, düşmənləri belə sevməyi, xətaları bağışlamağı, başqalarını mühakimə etməkdən çəkinməyi əmr edirdi. Bu dini təbliğ edən peyğəmbərdən zina edən qadının cəzasının verilməsini istədikdə, hz.İsa: "İlk daşı heç bir günahı olmayanınız atsın"- demiş və qadını ölümdən qurtarmışdı.

Göründüyü kimi, bu, yəhudilərdən qalma adətdir və dinlərlə heç bir əlaqəsi yoxdur. Qurandan əvvələ aid olan bu hökmü bəzi "alimlər" ayələrə əlavə etmək istəyirlər, bunun üçün rəcmin Quranda olduğunu, lakin sonradan çıxarıldığını göstərən yalan hədislər yazırlar. Onlardan bəziləri:

Zina edən evlilərin daş-qalaq edilərək öldürülmələrini əmr edən ayə Ayişənin döşəyinin altındakı səhifədə yazılı idi. Peyğəmbər vəfat etdikdə Ayişə onun dəfni ilə məşğul ikən evin açıq qapısından içəri girən keçi o səhifəni yedi. Beləliklə rəcm cəzası Qurandan çıxdı. Amma hökmü davam edir. (İbn-i Mace 36/194; Hanbel 3/61,5/131)

"Keçi yediyi üçün Qurandan çıxan daş-qalaq ayəsini Ömər yenidən Qurana salmaq istədi, ancaq xalqdan qorxduğu üçün cəsarət edə bilmədi. (Buhari 53/5; 54/9; 83/3; 93/21; Muslim, Hudud 8/1431; Ebu Davut 41/1; Itkan 2/34)

Bu hədislər tamamilə saxtadır, çünki Quranın qorunması ilə bağlı ayələrə ziddir. Allah bir ayədə belə buyurur:

Ећübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" (Hicr surəsi, 9)

Zinaya görə dinin hökmündə isə deyilir:

Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. (Nur surəsi 2)

Ayədə çubuq "cəldə" sözü ilə ifadə edilir və bu, nazik çubuq deməkdir. Peyğəmbərimizin dövründə bu hökm yüz çubuğu bir-birinə bağlayıb zina edənlərə bir dəfə vurmaqla yerinə yetirilirdi. Lakin burda əsas olan zina edənləri cəzalandırmaq üçün 4 şahidin olmasının vacibliyidir. Dolayısı ilə, zinaya görə tətbiq olunan cəzalar bu əməldən çəkindirmək məqsədi güdür.

Qurana görə zinanın hökmü bu şəkildədir. Hazırda rəcm cəzasının tətbiq edildiyi İran, Əfqanıstan, Səudiyyə Ərəbistanı kimi ölkələrdə İslama və Qurana zidd hərəkət edilir, hətta cinayət törədilir. Çünki Allah ayədə insan öldürməyin cəzasının ağır olduğunu bildirmişdir.

Bəli, İslama ən çox fanatizm və radikalizm zərər verir. Bunun aradan qaldırılması üçün sevgini, mərhəməti, sülhü əsas alan, xurafata qarşı ideoloji mübarizə aparan və Quran hökmlərini izah edən müasir səmimi müsəlmanlar olmalıdır. Tək çarə Qurana əsaslanan əxlaq ilə yaşamaqdır və dini yalan hədislərdən deyil, Qurandan öyrənməkdir.

Aysel Vəlizadə


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: