"Dünya həyatı"

9-03-2016, 15:30
735

http://s020.radikal.ru/i717/1603/8b/d6bd643f269c.jpg


Heç bir planetdə olmayan, sırf insanın yaşaması üçün mövcud olan Yer kürəsi. Səmasından Günəşinə, Günəşindən qütblərinə, heyvanlarından bitkilərinə qədər mükəmməl yaradılmış Yer kürəsi. İnsan yerə, göyə, canlılara – hər şeyə baxanda Allahın yaratma sənətinə heyran qalır. Məsələn, insan uçmağı bacarmadığı halda, quşlar göydə necə gözəl süzürlər. Hər yaz gələndə necə gözəl çiçəklər açır, onların ətirləri aləmi bürüyür. Ancaq dünyanın bütün alimləri bir yerə toplaşsalar da, laboratoriya şəraitində yox yerdən bir gül dənəsi belə hazılaya bilmirlər. Allah dünyanı insan üçün bu qədər mükəmməl detallarla yaratdığı halda, dünyada saysız əksikliklər də mövcuddur. Allah bunları da bir çox hikmətlərlə yaradıb ki, biz bu hikmətləri düşünək.
Dünya həyatı hər nə qədər gözəl olsa da, o qədər də əksikliklərlə təchiz olunub. Bəzən düşünürəm ki, bir hüceyrəmizi bu qədər mükəmməl xüsusiyyətlərlə yaradan Allah, niyə bəs dünya həyatını belə əksik yaradıb? Bədənimizdəki 1 hüceyrənin quruluşu London, Nyu-York kimi böyük şəhərlərin quruluşlarından mürəkkəbdir. Çox kiçik mikroskobik hüceyrədə belə mükəmməl gözəlliklər var edən Allah, sözsüz ki, istəsə idi, dünya da qüsursuz gözəlliklər məskəni olardı … nə qocalmaq, nə xəstələnmək, nə xarab olmaq, nə solmaq və s. kimi "mənfi" hadisələr olardı.
İstəsək də, istəməsək də dünyadakı bütün insanlar qocalmağa doğru gedirlər, bütün çiçəklər bir gün solur, ən gözəl libas heç geyinilməsə belə, bir gün mütləq xarab olur. Niyə bəs bunlar olur? Bu sualın cavabını Allah Quranda bizə belə xəbər verir:
Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)
Yuxarıdakı ayələrə baxdıqda görürük ki, Allah bir çox hikmətlərlə dünya həyatını əksik yaradıb, bunlardan biri də dünya həyatının əsl yurdumuzun olmadığını göstərmək üçün. Məsələn, dünyanın ən zəngin və ya ən elmli insanı olsun, mütləq həyatında bir neçə dəfə xəstələnib, mütləq hər səhər üzünü yumalı və dişlərini fırçalamalı, bir sözlə, özünü müntəzəm olaraq təmizləməlidir. Hər nə qədər evi gözəl olsa da, o ev hər gün bir az daha çirklənir, yaxud o insan hər nə qədər gözəl olsa da, hər gün yaşlanmağa doğru bir addım da atır … Allah evimizə düşən bir toz dənəsini belə boşuna yaratmır, bütün bunlarla da bizə dünya həyatının əksik olduğunu göstərir.
Allah dünyanı bir məqsədlə yaradıb: insanı imtahan etmək. Dünya gözəllikləri və əksiklikləri ilə birlikdə bizim imtahan olunmamız üçün xüsusi yaradılıb. İnsanın əsl yurdu axirətdir, insan ya gözəl əxlaqı ilə sonsuz cənnət həyatı ilə mükfatlandırılacaq, yaxud da pis əxlaqı müqabiləndə sonsuz cəhənnəmlə. Bunu bilən və daim yaddaşında tutan insan niyə dünyaya bağlansın ki?! Həm də dünyada bağlanılacaq heç bir şey yoxdur. Gördüyümüz və görmədiyimiz hər bir şey Allaha məxsusdur. İnsan da Allaha məxsus olan şeyləri Onun yolunda istifadə edəndə içi rahat olur, o nemətlərdən zövq alır. Allah bir ayəsində belə buyurur:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır (Mülk surəsi, 2).

Dünya həyatının ən bariz əksik yönlərindən biri də ölümün hər insan üçün labüd olmasıdır. Hər gün ölüm hadisələri ilə rastlaşırıq, yaxud da eşidirik. Unutmayaq ki, ölüm də bizim bu dünya həyatımızın sonu, axirət həyatımızın başlanğıcıdır. Ona görə dünyada keçirdiyimiz hər an, sahib olduğumuz hər nemət dəyərlidir, dünya həyatında vaxt itirmək, mənasız yaşamaq üçün gəlməmişik. Allahı sevməyə, Onu tanımağa, Onun istədiyi kimi həyat yaşamağa və əsl həyatımız olan axirət həyatımızı qazanmağa gəlmişik:
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 29)

Gülnarə YADİGAROVA


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: