Ећəhla Ramazanqızını doğum günü münasibətilə təbrik edirik! (11 noyabr 1989-cu il)

11-11-2015, 10:00
703

Ећəhla Ramazanqızını doğum günü münasibətilə təbrik edirik! (11 noyabr 1989-cu il)


Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərini, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş məsləhtçisini, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin üzvünü, gənc xanım yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

Ећəhla RAMAZANQIZI (Qafarova Ећəhla Ramazan qızı) 1989-cu il noyabr ayının 11-də İsmayıllı rayonunun Diyallı kəndində musiqiçi ailəsində anadan olub. 1996-2007-ci illərdə Diyallı kənd orta məktəbini əla qiymətlərə başa vurub.2008-2012-ci illərdə Bakı Slavyan Universitetinin Xarici dili və ədəbiyyatı fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Ећeirləri və məqalələri "İsmayıllı xəbərləri", "Möhtəşəm Azərbayacn", "Azad qələm", "Elimiz.Günümüz", "Kaspi", "Olaylar", "İctimaiyyət və təhsil" qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.2013-cü ildə "Zirvə" mətbəəsində "Qəlbimin sözü" adlı ilk şeirlər kitabı işıq üzü görüb.Ећeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.2010-cu ildə Respublika mətbuatında Ећəhla RAMAZANQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur.
2012-ci il fevral ayının 14-də Bakı şəhərində "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəridir.
2013-cü il avqust ayının 28-də Bakı şəhərində "Kütləvi informasiya vasitələrinin inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilən Gündəlik İnformasiya Agentliyinin Baş redaktorudur.
Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü, gənc xanım yazar, şairə, jurnalist Gülnarə İsrafilqızının müəllifi və rəhbəri olduğu "Zərrələr" layihəsi çərçivəsində işıq üzü görən "Zərrələr" antologiyasında dərc olunaraq ilk dəfə olaraq, Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılıb.
2015-ci ildə "Vehdet.org "Ədəbi-İslami-Vəhdət" saytının və "Aşıq Ећəmşir" Ocağı İctimai Birliyi tərəfindən maliyyələşdirilən və həyata keçirilən "Söz və Amal Birliyi" layihəsi çərçivəsində işıq üzü görən "Söz tonqalı" Türk dünyası yazarlarının antologiyasının birinci hissəsində dərc olunmuşdur.


Yağış

Necə həzin həzin öpür torpağı
Bu bizim birinci yağışımızdı.
İsladır telini gülün.çiçəyin.
Göylərdən süzülən naxışımızdı.

Yağışda darıxır həsrətli qəlblər.
Didir.parçalayır tək qalanları.
Yağış xəyallara gətirir nələr,
Yağış məhv eləyir alçalanları.

Gəzirəm çətirsiz islanım deyə,
Bir az üşüyürəm nə gizlədim ki,
Əlimi açmışam toxuna, dəyə,
Bu yağış elə çox sənsizlədim ki.

Gözümün rəngində bulud ağlayır
Saçının rəngində torpaq islanır,
Bu yağış çox ocaq sönür bəlkə də,
Bu yağış çox ürək odlanır, yanır.

İndi anlayıram gəlin damcını,
Anadan ayrılıb yara qovuşur.
Artıq bilirəm ki niyə çox ürək,
Kövrək buludlara nəğmələr qoşur

Yaş axır ayrılıq dirəyindən də

Qəlbim pıçıltıyla danışır artıq,
Sevgim barmaqları ucunda gəzir.
Vücudum daşlaşan heykəlmiş məgər,
Eh dəniz ruhumu, daş qaya əzir.

Həsrət dumanına bürünür xəyal,
Tüstüsü görünür yanan vüsalın.
Çiskinli gecədə azan ürəyin,
Hər fəsil ağlayan anlayar halın.

Göy də acıqlıdır, su dolu qabı
Çırpır qəzəb ilə yerin üzünə.
Necə xoş can verir incə naxışlar,
Sevgini bənzədir yenə özünə.


Tənhalıq soyuqdur yad baxış kimi,
Sakitdi gecənin ürəyindən də.
Toxunur telimə küs yağış kimi,
Yaş axır ayrılıq dirəyindən də.

Bu gün icazə ver....

Bu gün icazə ver mənə ilk dəfə,
Sənin özündən də yaxının olum.
Öpüm dodaq-dodaq baxdığın yeri,
Bulud gözləriylə axının olum.

Bu gün icazə ver mənə bir daha,
Girim sözlərinin dərinliyinə.
Yanıb gecələrin baxışlarından,
Qaçım gözlərinin sərinliyinə.

Bu gün icazə ver mənə daha çox,
Yaz çiçəyi olub qarşına çıxım.
Xəzanı başlasın qəm payızının,
Gülüb sevə-sevə əlini sıxım.

Bu gün icazə ver mənə nə olar,
Bir fidan üstündə yarpağın olum.
Könlün istəyirsə lap elə indi,
Düşüm tapdaq altda torpağın olum.

Bu gün icazə ver mənə bir daha,
Qoy görüşə gəlim sıxılsam belə,
Ovcunun içində saxladığınçün
Qorxma əzilmərəm yıxılsam belə.

Bu gün icazə ver mənə bir dəfə,
Bir az "mən-sən" olaq, bir azca da "biz"
Gizli bağçamıza sığınaq Canım,
Yansın alov-alov ürəklərimiz.

Dostum!

Atasız, anasız böyüyən kəsə,
Sevginin həsrəti qəm olmaz, Dostum!
Yalın ayağını çınqıllar kəsə,
Gözündə bir damcı nəm olmaz, Dostum!


Güllü baharının havası quru,
Nəmli payızının çöhrəsi duru,
Həzrəti İsrafil çalsa da Suru,
Dörd fəsil birində cəm olmaz, Dostum!

Gözəlin qəlb yaxan, nazı, ədası,
Bülbül sevgisinin səsi, sədası,
Uca Yaradanın tək "Ol" nidası,
Duyan könüllərdən kəm olmaz, Dostum!


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: