Abdulla MƏMMƏD."Bu bahar alnıma yazilib mənim"

28-08-2015, 12:00
756 dəfə Oxundu.

Abdulla MƏMMƏD."Bu bahar alnıma yazilib mənim"

http://s015.radikal.ru/i330/1505/68/187b19a53b61.jpg


Bu bahar alnıma yazilib mənim,
Göyün göz yaşlari həsrət payimdir.
Bu yaz buludlari bəyaz kəfənim-
Qüssəmə tələsən qismət payimdir.

Bu yaz ürəyimdə kövrəlir sözüm,
Bahar sevincimin yuxusu gəlir.
Bu yazi tutubdu ayazin gözü,
Bu yazdan payizin qoxusu gəlir.

Çəkir pərdəsini buluddan göylər,
Günəşin həyasi buludda cökür.
Qaşi düyünlənib göyün bu səhər,
Görkəmi bağrimin başini sökür.

Buludlar küləyin önündə aciz,
Göylər nə cəkirsə-buluddan çəkir.
Yağir yaz yağmuru yuyunur yol, iz,
Torpaq ruzusunu buluddan çəkir.

Bu yaz çiçəkləmir gözümdə dünya,
Özüm də sözümdə deyiləm Allah!
Yaman adiləşir gözümdə dünya,
Özüm öz gözümdə deyiləm Allah!

Gözüm zirvələrin zirvə qarinda,
Əlim ümidimin ətəyindədir.
Dünya öz işində, öz axarinda,
Dünənim bu günün ələyindədir.

Bu bahar gözümdə dönübdür heçə,
Qarişiq düşübdü sayi günlərin.
Toxtamir gündüzüm, kirimir gecəm,
Elə hey yerində sayir günlərim.

Hay verən tapilmir hayima bu yaz,
Qədərmi dolanir başimin ustə?
Düşür ayriliqlar payima bu yaz,
Qismətim duz qatir aşimin ustə...

İçimi gəmirir ayriliq qurd tək,
Çölümü talayir çiskin, duman, çən.
Bölünə bilmirəm, Allahim, yurd tək,
Çixila bilmirəm bütövlüyümdən.

Həsrət sinəsini üstümə gərir,
Özümə qayidir köksümdəki ah.
Bu yaz həsrətimdə ümid göyərir,
Göyərmir ömrümün payizi, Allah!

Bu bahar alnima yazilib nədi-
Tale yazisimi Tanridan mənə?!
Səmanin nizami pozulub nədi-
Göy yeri bürüyür bəyaz kəfənə...

Abdulla Memmed
Azərbaycan. Quba.
22-23.03.2000.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam