Mirzə TƏRXAN."Bico nağılı"

30-08-2015, 15:00
720

[center]http://i056.radikal.ru/1508/0b/9f74e0e8277e.jpg[/center

-Can nənə bir nağıl de!

в€’ Biri vardı, biri yox,
Biraz az və biraz çox.
Bir dəniz sahilində,
Bir balıqçı əlində,
Tilovla hey gəzirdi,

в€’ Eeeh, nənə, bu nağılın,
Axı məni bezdirdi!
Bilmirsən təzə nağıl?!

в€’ Yaxşı, ay şəkər, noğul,
Sənə keçmişdən indi,
Nənən nağıl danışsın.
Həm də qoy saf düşüncən,
Tarixə, həqiqətə,
Olmuşlara, alışsın.

"Bir kənd vardı o zaman...
Taleyindən nagüman.
Xoşbəxtlik pərvanəsi
Dövr edirdi başına,
Ellər həsəd edərdi
Onun hər bir daşına.
Geniş üzüm bağları,
Yam-yaşıl otlaqları,
Qışda qış meydanları,
Yayda da yaylaqları...

Bir kənd vardı o zaman...
Payızı çisgin duman,
Palçığı da, tozu da ,
İstiotu, duzu da,
Yayda səp-sərin suyu,
Qışdakı o buzu da,
Ehh... yam yaşıl çəməni...
Məftun edərdi məni.

Bir kənd vardı o zaman...
Vardı… əlbəttə vardı.
İndi yoxdu…
Nədəki olmayacaq bir daha,
Yenə şükür Allaha...
Ећükür ki, xatirəmdən,
Silinməyib o izlər,
Hardan biləsiz sizlər?!

Bir kənd vardı o zaman...
Tarixi qəhramanlıq.
Baxmayaraq ki, indi,
Üzərinə çökmüşdür,
Açılmayan qaranlıq...

Bir kənd vardı o zaman...
Ећəcərəli, nəsilli,
Soylu, köklü, əsilli,
Çox heyif ki, pis əldə,
Onun soyu kəsildi,
Odu, suyu kəsildi.

Bir kənd vardı o zaman...
Adı Bico, sanı Bico...

в€’ Söylə nənə, hanı Bico!?

в€’ Yat ay şəkər, noğulum.
Danışdıqca bunları,
Çox qarışır ağılım,
Sona çatdı nağılım...


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: