Əziz Musa.Yeni şeirlər

1-09-2015, 20:00
656 dəfə Oxundu.

Əziz Musa.Yeni şeirlər

http://s020.radikal.ru/i703/1507/98/4473bbf8b1f1.jpg


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
"İlham çeşməsi" qəzetinin təsisçisi və baş redaktoru

Daş

Bu dünyanın işinə bax,
Baxan görmür gələn daşı,
Göydən gələn, elə gəlir,
Qorumaq olmayır başı.

Hər bir kəsin qismətinə,
Göydən gələn bir daş düşür.
Hər daşa da bu dünyada,
Neyləyəsən bir baş düşür

İstəyirsən yalvar, yaxar,
Baxmır bu daş göz yaşına,
Bu dünyanın ağır daşı,
Düşür fağırın başına.

Düşməsin

Möhkəm tök bünövrəni,
Yoxsa daş da laxlayar.
İmkan versən namərdə,
Səni yoldan saxlayar.

Həyat bir imtahandı,
Sınayır hər adanı,
Ancaq neyləyəsən ki,
Tamaha qaçır hamı.

Qoy halal süfrən olsun,
Üstündə yavan çörək,
Məhəbbətlə döyünsün,
Sinəndə odlu ürək.

Yad meydan sulayanda,
İgid atdan düşməsin,
Elə danış, elə din,
Söz urvatdan düşməsin.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam