Nadir ZİYADLI.Ећeirlər

2-09-2015, 20:30
719 dəfə Oxundu.

Nadir ZİYADLI.Ећeirlər

http://s019.radikal.ru/i635/1509/07/116cb7702b48.jpg


Qadınım mənim

Qonşuların
pıçıltıları .
dostların təsəlliləri
tanışların soyuq baxışları altında
bacım ..qardaşım
düm ağ parçaya bürünmüş
tabutumun önündə
göz yaşı axıdacaqlar..
Göz yaşı axıdacaqlar
tabutum
həyətdən çıxana qədər...
Sonra
hər biri baş alıb gedəcək
öz işlərinə..
öz içlərinə...

öz içlərində axtaracaqlar məni..
Bəlkə də
heç kəsin düşməyəcəyəm yadına..
Uşaqlarım da öz sevgilərinə qədər
axtaracaqlar məni....
Bircə
hər an
mənim üçün için-için ağlayan
sən qalacaqsan

16.08.2015


ÖTÜR BU QATAR

Sən oxu qəlbimi, oxu bu axşam
Qoy səsin, özümü qaytarsın mənə.
Mən elə qəribəm, bu yer üzündə,
Bəlkə də, səsinlə gəldim özümə.

Nə nağıl istərəm, nə də var -dövlət
Bir şirin təbəssüm, təşnəsiyəm mən.
Bu payız günündə , son yarpaq kimi,
Sənin baxışınla, öləsiyəm MƏN...

Sənimi oxşayım, kövrək çicəyim
Mən qoca payızam, sənsə ilk bahar.
Səni oxşamağım, bu mümkün deyil
Elə bizli, bizsiz ötür bu qatar..

27.09.2014.

XATIRLA MƏNİ…

Mənsizliyin, gülüm, səni sıxanda
Göz yaşların yanağından axanda,
Qəmli duran söyüdlərə baxanda –
Xatırla məni...

Düşsə yada gözlərimin həsrəti,
Unsuf gəzsən bu atəşi, nəfəsi
Sən eşitsən nalə çəkən qu səsi –
Xatırla məni...

Göy gurlasa, şimşək çaxsa qəfildən,
Təsəllisiz nida qopsa qəlbindən,
Soruşsalar itkin düşmüş sevgindən
Xatırla məni...

Gözlərindən qaçaq düşsə yuxular,
Yatağına dolsa soyuq, şaxta, qar,
O işıqdqa görsən tənha kölgə var –
Xatırla məni...
Xatırla məni...

30. VIII.1984.

GECƏ NƏДћMƏSİ

Axar bulaqların şırıltısında,
Gecə quşlarının pıçıltısında,
Ürkək ulduzların parıltısında,
Bu gecə bahara qayıtmaq olmur,
Bu gecə gecəni ayıltmaq olmur.

Saçında bir isti nəfəsin yadı,
Gözündə mas-mavi dənizin adı,
Bu gecə yol alır payıza sarı,
Bugecə nəm dadır payızın dadı,

Bu gecə payızdan ayrılmaq çətin,
Bu gecə bahara qayıtmaq olmur.
Könlümdən keçən giziltilərimdən,
Qaşımda donacaq ilk heyrətimdən,

Bir də gözlərinin dərinliyindən,
Bir sarı gecəni soraqlar gecə,
Qaranlıq içində sayıqlargecə,
Əlimin içindən keçən cığırlar,

Əlimi bahara çatdıra bilmir,
Bu gecə bahara qayıtmaq olmur,
Bu gecə bağlanıb bahara yollar,
Bu gecə yuxumda bir gözəl ağlar,
Duyumlar içində, hisslər içində,
Bu gecə gözümdə payız bayılar,

Payızın sap-sarı qolları üstə,
Bahara tələsən yolları üstə,
Mənim ürəyimdə qırılar nəsə..
Bu gecə nağillar ünvan istəyər,
Bir ürək istəyər güman istəyər,

Hardasa, hardasa xatirələrdə,
Ећəbnəmə bürünmüş otlar göyərər,
Bu gecə buludlar qəmimdən doymur,
Bu gecə o ürək, o güman hanı,
Bu gecə bahara qayıtmaq olmur.

29.11.1982. Bakı.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam