Ећəfaqət CAVANЕћİRLİ."Sevginin gözləri" romanının VII hissəsi

4-09-2015, 13:45
861 dəfə Oxundu.

Ећəfaqət CAVANЕћİRLİ."Sevginin gözləri" romanının VII hissəsi

http://s012.radikal.ru/i319/1508/df/d9eca0997138.jpg


Səfərin ona baxmaqdan danışmayacağını görən Fidan səssizliyi özü pozdu:
- Necəsən Səfər?
- Səni tapdım yaxşı. Burda işləyirsən?
- Demək olar. Daha doğrusu, anamın yerinə gəlmişəm. Üstünə sağlıq, bir az xəstələnibdir.
Əlövsət mətbəxə girdi.
- Deyəsən bir-birinizi tanıyırsız?
Səfər Fidandan əvvəl cavab Verdi:
- Biz bir yerdə böyümüşük. İşdən nə vaxt çıxırsan?
Fidan - Axşam çıxacam.

Əlövsət Səfərin Fidana olan baxışlarından ona qarşı biganə olmadığını hiss etdi:
- Bugün çox iş yoxdur Fidan. Günorta gedərsən. İndi bizə iki fincan kofe hazırlayarsan.
Səfər Əlövsətlə mətbəxdən çıxdi, fikri Fidanın yanında qalmışdı. Tez-tez geri boylanırdı, Fidan da qapı arxasından ona baxırdı. Səfər Əlövsətə açıb hər şeyi - Fidanın illərcə sevdiyi qız olduğunu, evlənmək istədiyini söylədi. Əlövsət təəccüblənmişdi;
- Anan razı deyil deyirsən. Bəs atan? İcra başçısının oğlu adi bir xadimənin qızıyla evləndi deyəcəklər.
- Mənim xoşbəxtliyim adi bir xadimə qızının əlindədirsə, deyilənlər boş və mənasızdır. Pul qarın doyuzdurur, sevgi yaratmır.

Fidan iki fincan kofe gətirdi. Səfər Fidana;
- Fidan, gedəndə xəbər et bir çıxaq.

Fidan Əlövsətin üzünə baxdı.
- Bir saatdan sonra çıxacaq.

Fidan hec nə demədi, kabinetdən çıxdı.
Səfər - Fidanı bu dəfə itirmək fikrim yoxdu. Görünür özünə başqa işçi axtarmalı olacaqsan.
Əlövsət güldü : - Əlacım nədi?
Bir saatdan sonra Səfər dostuyla sağollaşdı, Fidanla ofisdən çıxdı. Fidan başını aşağı salmışdı, danışmırdı. Səfərin maşınına yaxınlaşdılar. Səfər qabaq qapını açdı:
- Buyur
Fidan minməyə tərəddüd edirdi. Səfər pis oldu:
- Yəni mənə etibar etmirsən Fidan?
- Əlbəttə edirəm.

Fidan maşında oturdu. Səfər maşını parkda saxladı. İkisi də maşından düşdülər.
Gəzirdilər. Səfər Fidanı diqqətlə süzürdü.
- Harada yaşayırsız?
Fidan yerə baxırdı: - Yaşayırıqda bir yerdə. –
- Başa düşürəm. İnan səmimiyyətimə, anamla bacıma görə qarşınızda xəcalətliyəm.
- Sən niyə? Burada şişirdiləsi heç nə yoxdu. Cəmilə xanım işimizdən razı qalmadı, qovdu. Bu qədər sadə.
- Sənin xadimə işləməyin mənim pisimə gəlir.
- Çox nahaq. Təhsilim ortadır, bacardığımı edirəm.

Səfər dayandı, Fidan hiss etdi ki, gəlmir, geri çevrildi. Səfər Fidanın qarşında dayandı: - Bu il imtahan verdin?
- Yox, hazırlaşmağa imkanım olmadı.
- Kömək edə bilərəm.
- Həvəsim yoxdur.
- Yaxşı, onda gedək, səni aparım evə.
- Əziyyət çəkmə, özüm..

Səfər Fidanın sözünü kəsdi : - Xahiş edirəm, etiraz eləmə.
Səfər maşını Fidanın istəyi ilə məhlədən bir az aralı saxladı. İkisi də maşından düşdülər.
Fidan - Mənimlə məhləyə girəcəksən?
Səfər - Deyirsən, yeməyini yeyə-yeyə böyüdüyüm Çiçək xalanı görməyim?

Fidan deməyə söz tapmadı. Birlikdə Məhləyə girdilər. Fidan həmişəkindən fərqli qapını döydü, birbaşa açıb içəri keçmədi. Qapını açan Çiçək qarşısında Səfəri görəndə təəccübləndi. Səfər gülümsədi:
- Salam Çiçək xala, necəsən?
- Təəccübləndim, gözləmirdim. Xoş gəlmisən, keç içəri, çöldə gözləmə.

Fidan çay süfrəsi açdı. Yemək də hazırlamaq istəyirdi, Səfər etiraz elədi, çox oturmayacağını söylədi. Uşaqlıqdan, keçmişdən danışdılar. Səfər Çiçəyin əlindən tutdu;
- Çiçək xala, atam da, mən də evdən getməyinizə çox pis olduq. Atam da gələcək bura, bilsə gələcək, əminəm. Üzüm də gəlmir deyəm ki, qayıdın.
Çiçək - Qayıtsaqda hamı bir-biriylə əvvəlki kimi olmayacaq. Bugün pis dolanmırıq. Uzaqda hörmətli olmaq daha yaxşıdır.
- Başa düşürəm, bir xahişim var onda. Mənə hörmətiniz varsa yox deməyin. Təzə mebel sexi açmışam. Köməkçi lazımdı. Yəni sənəd işlərində. Fidan mənim yanımda işləsin. Xahiş edirəm, etiraz etməyin.
Çiçək qızıyla bir-birilərinə baxdılar.
Çiçək- Bilmirəm nə deyim.
Səfər- Komputeri də öyrənərsən.
Çiçək- Onda qızım sənə əmanət oğlum. Sənə inanıram.
Səfər şad oldu - Əmanətin gözüm üstünə Çiçək xala.

Səfər bir fincan da çay içib sağollaşdı. Sevincdən özünə yer tapa bilmirdi. Fidan əslində Səfərin yanında işləmək istəmirdi:
- Nahaq razı oldun ana. Cəmilə bilsə, aləmi qatacaq bir-birinə.
- Cəmilə Kərim olmayanda əli-qolu açılır. Narahat olma. Elə bil ailə ikiyə bölünüb - yaxşılara və pislərə.
- Eşitməmisən ki, xeyirlə şər bacı-qardaşdı?
Çiçək cavab vermədi, divanda uzandı ki, dincini alsın.
Fidan da bədii əsərlərdən birini götürdü, oxumaq üçün stulda oturdu.


Kərim evə gələndə çox əsəbi idi. Cəmilə hələ yuxudan durmamışdı. Özünü yaxşı hiss eləmirdi, Xəstəyəm deyirdi, kondisioneri yandırmışdı. Kərim qapını çırpanda Cəmilə qorxudan içini çəkdi.
Kərim Cəmilənin qolundan tutdu, Cəmilə səsinin tonunu qaldırdı:
- Neynirsən? Nə olub?
- Mənə artistlik eləmə. O adamları Təhminənin üstünə sən göndərmişdin.
- Deməli fahişənin adı Təhminədir.
- O adamlarla sənin nə əlaqən var Cəmilə? Hardan tanıyırsan o adamları?
- Mən heç kimi tanımıram, kimdən danışırsan bilmirəm.
- Səni, məni yaradana and olsun, əgər o adamları tanıdığını sübut eləsəm, səninlə ömürlük qurtaracam. Eşidirsən? Qurtaracam.
Kərim otaqdan çıxdı. Cəmilə yerində uzanıb gözlərini yumdu, dərindən nəfəs aldı.


Cəmilə rəfiqəsinin evində göz yaşlarını saxlaya bilmirdi. Rəfiqəsi ona təskinlik verirdi.
- Qardaşıma deyərəm yoldaşını izləyərlər. O qadının da kimliyini öyrənərik. Qəhbələr qorxaq olur, gözünü qorxutsalar iş tamamdır. Özü qaçacaq yoldaşından.
- İstəmirəm qorxutsunlar. Zorlasınlar, başına itin oyununu açsınlar.

Cəmilənin rəfiqəsi bir az əzilib büzüldükdən sonra xısın-xısın dedi:
- Tək olmayacaqda... Dostlarına deyəcək, onlarda pulsuz iş görmürlər. Pulun olacaq verməyə?
- Olacaq. Necə edəcəklər bilmirəm, o qancığı rədd eləsinlər buralardan.


Cəmilə yerindən durdu, ev telefonunun dəstəyini götürdü,
- Allo. Eşidirsən məni? O ifritə Kərimə nə deyibsə, üstümə cumdu. Kərim məndən şübhələnib. Qardaşına de ortalıqda görünməsinlər. Nə isə, çox danışa bilmirəm. Mən zəng etməmiş zəng etmə.
Cəmilə dəstəyi yerinə qoydu.

Kərim işdə telefonla zəng edir.
- Necəsən indi?
Dəstəyin o biri tərəfindən Təhminənin səsi gəlir.
- Qorxuram, birdən o adamlar qayıdar.
- Narahat olma, həyətdə adam var. Tapşırmışam. Sən də qapını bağla. Nə lazım olsa, mənə zəng et, tez gələcəm
- Çox sağ ol, evdə hər şey var.
- Zəng edəcəm. Hələlik.
- Hələlik.

Səfər səhər tezdən Fidanı götürmək üçün qapını döydü. Qapını Fidan açdı, salamlaşdılar.
Fidan - Əlövsətə daha işə gəlməyəcəyimi demək lazımdı.
Səfər - Narahat olma, dünən axşam da görüşmüşdük, bilir.
Qapının ağzına Çiçək gəldi.
Səfər - Sabahınız xeyir Çiçək xala. Necəsiz?
Çiçək - Sabahın xeyir oğlum. Sən necəsən?
Səfər - Əlayam, qızınız bugündən mənə əmanətdir.
Çiçək - Sənə inanıram oğlum. Tez-tez təkrarlama.İşiniz avand olsun.
Fidan anasıyla yanaq-yanağa görüşür: - Hələlik ana, həkimdən cavabları özüm alacam.
Səfər masının qapısını açanda soruşdu: - Həkimdən nəyin cavabını alacaqsan?
- Qanından analiz verib. Neçə gündü özünü yaxşı hiss eləmir.
Səfər - Bir gedə bilərik?
Fidan duruxdu, təəccüblə Səfərə baxdı: - Olar.
Səfər sevindi, qapını örtüb özü də maşına mindi.

Sex 2 mərtəbəli idi, ikinci mərtəbədə Səfərin kabinetiydi, birinci mərtəbədə ustalar işləyirdi. Bir də Fidan olacaqdı. Səfər işləyən usta və köməkçiləriylə Fidanı tanış etdi. Fidanla ikinci mərtəbəyə çıxdılar. Səfər komputerdən necə istifadə etməyi Fidana izah etdi. Sonra özü ya birinci mərtəbəyə düşürdü, ya da kabinetində otururdu. Saat 3 də Fidanla xəstəxanaya gəldilər. Fidan analizin cavablarına baxanda pis oldu, gözləri doldu. Cavabdan məlum olmuşdu ki, anası şəkərdi. Səfər Fidana təskinlik verirdi ki, anasının özünü qorumasından, sağlamlığına diqqət yetirməsindən çox şey asılıdır. Fidan evə gələndə də üzü gülmürdü. Səfər də onlardaydı. Çiçək qızına gülürdü:
- Gör nəyə pis olur e. Ona qalsa Azərbaycanın yarısı şəkərdi.
Fidan - Nənəm şəkərdən ölmədi?
Çiçək - Nənəni dərd öldürdü, yoxsa indiyəcən yaşayırdı.
Səfər də Çiçəyə qoşulmuşdu, Fidanı sakitləşdirirdi ki, guya qorxulu hec nə yoxdur.


Kərim oğlu evə gələndə hovuza yaxın bir yerdə oturmuşdu, siqaret çəkirdi. Səfər atasına yaxınlaşdı, sevincliydi.
- Axşamın xeyir . Ata, sənə şad xəbərim var. Çiçək xalagili tapmışam.
Kərim təəccübləndi, Səfər atasına hər şeyi danışdı.

Çəmilə ev telefonuyla qızı Aybənizlə danışır. - Deyəsən qayıtmaq fikirin yoxdur?
- Atam deməyib? Bir-iki günə gələcəm. Sənə deyəcəklərim var ana. Ећad xəbərlərim var.
- Xeyirdimi?
- Ana gələndə deyəcəm. İndi yox. Atamla aranız necədi?
- Tək qalmışam qızım. Atan mənə xəyanət edir.
Cəmilənin gözləri dolur, dəstəyi sağollaşmadan yerinə qoyur.

Kərimlə oğlu gülə-gülə evə girirlər. Cəmilə gülüş səslərinə gözlərinin yaşını silir, otaqdan çıxır. Qonaq otağına gələndə oğluyla salamlaşır.
- Xeyirdimi, nəyə gülürsüz.
Səfər - Atam izah edər, səhər tez durmalıyam. Gecəniz xeyrə.
Səfər otaqdan çıxır. Cəmilə baxışlarıyla yoldaşına sual verir. Kərim ayağa qalxır, Cəmiləyə yaxınlaşır.
- Oğlumuz Çiçəyi və qızını tapıb.
Cəmilə təəccüblənir. Kərim davam edir: - Bakı balaca şəhərdi, istənilən insanı tapa bilərsən. Düzdür Cəmilə?
Cəmilə başıyla ərinin dediklərini təsdiqlədi, gözlərini Kərimin gözlərinə dikmişdi. Kərim Cəmiləyə bir az da yaxınlaşdı.
- Məni təəccübləndirən sənin o adamları hardan tapmağındı.
Cəmilə yerə baxdı - Kimdən danışdığını bilmirəm. Övladlarımın canına and olsun, onları tanımıram.
Kərim qaşlarını çatdı. Cəmilə övladlarını sevirdi, yalandan and içə bilməzdi.
Başını yellədi, susdu
- Təki!.. Nə isə... Gecən xeyrə Cəmilə
- Kərim, Səfəri o qızdan uzaq saxla.
- Sevənləri ayıra bilmərəm.
- Utanmayacaqsanmı el - aləm " oğluna qulluqçu qızı aldı " deyəndə?
- Mən kimin oğluydum Cəmilə? Məgər sən kasıb oğluna gələndə el-eləm gülmüşdü? - Sənin savadın, fərəsətin vardı.
- Gecən xeyirə qalsın.
Kərim ikinci mərtəbəni ağır-ağır çıxdı.
Cəmilə Kərimə tərəf döndü:
- Kərim, oğlumun xoşbəxtliyi üçün olsa belə, o qıza görə heç vaxt elçi getməyəcəm. Mənim gəlinim olmayacaq.
Kərim susdu, pilləkanları Cəmiləyə baxa-baxa çıxdı.

Səhər süfrə arxasında Kərim gözlərini Cəmilədən çəkmirdi
- Səfər, bugün işə gedəcəksən?
- Gedəcəm.
- Günorta Fidana zəng edərsən evlərində olar.
Səfər anasıyla bir-birilərinə baxdılar.
Səfər : - deyərəm. Niyə?
Kərim - Onlara gedəcəyik. Əvvəlcədən axşam dediklərimi edərsən.
Cəmilə: - Səfər nəyi etməlidir?
Kərim: - Narahat olma, əsas oğlumuzun xoşbəxtliyidir, əzizim.
Səfər ayağa qalxdı: - Hələlik, çıxmalıyam ata.

Səfər evdən çıxdı. Cəmilə Kərimə;
- Məqsədin nədir?
Kərim: - Məqsədim övladlarımın xoşbəxtliyini görməkdir. Qüruru, hər şeyi kənara qoyacam Cəmilə. Övladımın xoşbəxtliyi üçün canımı verməlidə olsa, verəcəm.

Kərim ayağa qalxdı, evdən çıxdı. Cəmilə özünə yer tapa bilmirdi. Kərimin vurduğu eyhamları anlaya bilmirdi.
Səfər işə gələndə Fidan artıq iş başındaydı.
- Sabahın xeyir. Bugün bir az tənbəllik eləmişəm.
- Hiss olunur. Dünən tapşırdığın yazıları yazmışam.
Fidan printerdən çıxartdığı vərəqləri Səfərə uzatdı.
Səfər - Bugün günorta sizə getməliyik. Atam günorta bura gələcək. Bir çıxarıq.
- Nə yaxşı, sevindim.
- Mən də.
- Sən niyə?
Səfər gülümsəyir: - Elə-belə - deyir, otağına tərəf gedir. Fidan təəccüblə Səfərin arxasınca baxdı.
Saat iki olmamış Kərim oğlunun iş yerinə gəldi. Fidanla qucaqlaşıb görüşdülər. Sonra üçü də birlikdə Fidangilin qaldığı məhləyə gəldilər. Döyülən qapısını açan Çiçək Kərimi qarşısında görəndə gülümsədi. - Xoş gəldiniz Kərim bəy. Buyurun!
Kərim - Necəsiz Çiçək bacı.
Kərim içəri keçdi, gənclər də onun arxasınca gənclər içəri girdilər, Səfər qapını örtdü. Fidan çay hazırladı. Kərim hal-əhval tutandan sonra Səfərlə Fidana baxdı.
- Çiçək bacı, məsələni çox uzatmayacam. Verdiyim qərarı heç oğlum da bilmir.

Kərim cibindən qutu çıxardır, hər kəs təəccüblənir. Səfər təəccüblə:
- Ata!..
Kərim Fidana : - Qızım, oğlum neçə ildi səni ürəyində gəzdirir. Mən də təzəlikcə bilmişəm. Ürəyində başqası yoxdursa, yaxın gəl.
Fidan anasının üzünə baxdı. Çiçək başını aşağı salmışdı. Bilmirdi nə desin, gözləri dolmuşdu. Kərim təkrarladı: - Yaxın gəl qızım.
Çiçək başıyla qızına Kərimin dediklərini etməsini işarə etdi. Fidan Kərimə yaxınlaşdı. Kərim ayağa qalxdı - Gözümün qabağında böyüyən qızsan. Oğlumun xoşbəxtliyi düşmənimin də əlində olsa diz çöküb yalvararam. Çiçək bacı, sənin də ana kimi etirazın yoxdursa, bu üzüyü qızının barmağına taxacam.

Kərim qutunun içindən üzüyü çıxardır, Çiçəyə baxır. Səfər də həyəcanlıdır. qorxurdu ki, anasına görə Çiçək yox deyər.
Çiçək: - Cəmilə xanım razı deyil axı?
Kərim: - Analar atalardan mərhəmətlidir. Sizin cavabınız nədir?
Çiçək Səfərin üzünə baxdı.: - İlk dəfə qapıma gələndə dedin ki, qızınız mənə əmanətdir Çiçək xala. Qızım sənə əmanətdir, ömür boyu arxasında dayanacaqsan? Səfər: - Sənə söz verirəm Çiçək xala, qızın ömür boyu başımın tacı olacaq.
Çiçək Kərimə baxdı: - Xoşbəxt olsunlar.
Kərim Fidanın barmağına aldığı üçqaşlı üzüyü taxdı. Fidanın yanaqları pomidor rəngi almışdı. Sonra təzədən böyüklərin istəyi ilə çayları dəyişdi...

Süfrə açıldı, Çiçək dadlı yeməklərindən bişirmişdi. Səfər də yaxın restoranların birində kabab sifariş verdi. Axşamacan iki ailə iki gəncin - övladlarının xoş gününü qeyd etdilər, danışdılar, güldülər.

Cəmilə isə özünə yer tapa bilmirdi. Evin o başına, bu başına gedib-gəlirdi. Kərimlə oğlu içəri girəndə Cəmilə qapının ağzınacan getdi.
-Harada qaldız? İş yerində yoxuydun Kərim. Zəng etmişdim.
- Keçək qonaq otağına şad xəbəri sənə də deyim.
Qonaq otağına keçdilər. Cəmilə kreslonun yanında dayandı:
- Gördün evinin qulluqçusunu?
Səfər hirsləndi, Kərim gülümsəyib divanda oturdu : - Qudanı gördük əzizim. Bugün Fidanın barmağına üzük taxdım. Gəlin gözüylə baxmağa öyrəşdir özünü.
Cəmilə tok vurmuş adamlar kimi oldu. Sakitcə kresloda oturdu. Kərim onu sındırmışdı. Gözlərindən yaş gəldi,ağladı. Səfər anasına yaxınlaşdı:
- Ana yaxşısan? Cəmilə əliylə oğlunu uzaqlaşdırdı:
- Anan olsaydım, məni sayardın.
Kərim: - Oğlunun da nişandan xəbəri yoxuydu. Gecə dediyin cümləni xatırla. Oğlun olsaydı, xoşbəxtliyini təhlükə altına atmazdın. O qızı qəbul elə Cəmilə. Yersiz qürurunu qoy bir kənara.

Cəmilə heç nə demədi, başıyla təsdiqlədi, ayağa qalxıb otaqdan çıxdı. Otağına girib güzgünün qarşısına keçdi. Yanaqlarından göz yaşları süzülürdü. Cəmilənin gözlərində sonsuz nifrəti görmək olardı.

Ardı var



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam