Ећəhla RAMAZANQIZI.Yeni şeirlər

8-09-2015, 21:30
721 dəfə Oxundu.

Ећəhla RAMAZANQIZI.Yeni şeirlər

Ећəhla RAMAZANQIZI.Yeni şeirlər


* * *

Yenə də yağış yağır,
Yağış məni ağladır.
Külək gətirən səslər,
Səsini xatırladır.

Pəncərəmə çırpılır
Ayrılığın göz yaşı.
Boğulur, qaça bilmir,
Sevginin məzar daşı.

Narın yağış damcısı
Endikcə nələr yazır.
Bəlkə nakam eşqlərə
ürəkdə, məzar qazır?

Bilirəm ki hardasa ,
Sən də sızıldayırsan.
Gələrəm həyatına
Mənə zaman ayırsan.

* * *

Bayırda bərk külək var.
Əsir ürəyim kimi.
Sən də əsursənmi yar?
Sizdə də mi bu saat.
Hər şey alt üst çevrilir?
Mən özümdən incikli.
Sən də küsürsənmi yar?

Bayırda bərk külək var.
tozu torpağı deyil.
duyğularımı kəsir.
Qırılan arzularım
Çilik-çilik səpilir.
Baxma küləyə demə
"Gözlərimə təpilir".

Bayırda bərk külək var.
Ad səni.ürək məni
Uçuruma gətirir.
Xəyallar sovrulursa.
Diləklər qovrulursa.
Sevgimiz qıvrılırsa.
Unutmaq gərək bizi.
Silsin küləklər izi.
Unudacam mən səni.
Unut sən görək məni.

Bayırda bərk külək var.
Bu son xatirə olsun.
Pəncərəni ört Canım.
Mənəm tapdanmış olan.
Göyə naləsi qalxan.
O kiçik toz topası
Qoyma evinə dolsun.
Qıyma qəlbin sızlasın.
Olmaz gözlərin dolsun.

Bayırda bərk külək var.
Əsəbləri soyuyur.
Sakitləşir deyəsən.
Susqun şahzadələrin
Xəyallarına gəlir.
O məsum qızcığazın
Məzarına baş çəkir.
Buludlar da hönkürür.
Burda bir sevgi ölür.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam