Ећəfaqət CAVANЕћİRLİ."Sevginin gözləri" romanının X hissəsi

13-09-2015, 10:00
1 108 dəfə Oxundu.

Ећəfaqət CAVANЕћİRLİ."Sevginin gözləri" romanının X hissəsi

http://s019.radikal.ru/i619/1509/02/d95399ece5ab.jpg


Səfər maşından düşdü. Hiss etdi ki, Fidana qarşı etdiyi hərəkətdən utandı. Siqaret yandırıb içinə çəkdi. Fidanda o biri tərəfdən maşından düşdü, asta addımlarla Səfərə yaxınlaşdı. Heç nə danışmadan sevgilisinin qoluna girdi, başını onun çiyninə qoydu.
- Bağışla.
- Əksinə, sən bağışla məni. Hisslərimə zəif düşdüm.
- Mən hələ hazır deyiləm.
- Toydan əvvəl yaşamaq olmaz. Başa düşürəm.
- Sənə vurmaq istəmirdim.
- Onda könlümü al.
- Necə?
Səfər zarafata keçdi.
- Özün fikirləş.
Fidan Səfərin damağına qoyduğu siqareti yerə atdı, Səfər başını yellədi.
- Bugün şıltaq günündür deyəsən.
Fidan dodaqlarını nişanlısının dodaqlarına birləşdirdi. Səfər qarşılıq verdi. Birlikdə maşının arxa olturacağına keçdilər.
***
Səfər Fidanı məhlələrinə gətirdi.
Fidan - Anamla salamlaşmayacaqsan?
- Yaşadıqlarımızdan sonra utanıram.
Fidan gülür - Dəlisən vallah.
- Sağ ol ki, mənə etibar elədin. Söz verirəm, bir aya toyumuzu edəcəm. O günü sebrsizliklə gözləyirəm.
- İnşallah.
Fidan maşından düşdü.
***
Axşam Səfər evə gələndə mətbəxdə atasının özünə çay süzdüyünü gördü.
- Axşamın xeyir ata.
Kərimin kefi yox idi.
- Axşamın xeyir. Çay süzüm?
- Pis olmaz.
Kərim oğluna da çay süzdü. Qabaq - qabağa oturdular. İkisi də susurdu. Səfər özünü topladı, söhbətə giriş verdi
- Son günlər yaman fikirlisən. Dərdin nədi ata?
- Bacınla dünyaya gələndə qorxum ən çox sənə görəydi. Qorxurdum səni ərköyün böyüdərəm, sirdaşdan çox ata-oğul qalmağımızdan qorxurdum.
- Sən mənim ən yaxın sirdaşımsan ata. Sən olmasaydın, Fidanla nişanlana bilməzdim. Görünür, aramızda sirdaş olan təkcə mənəm.
- Vaxtı çatanda sənə bugün utanıb deye bilmədiklərimi deyəcəm. Ümid edirəm, məni başa düşəcəksən, mənə haqq verəcəksən. Mənə bir az vaxt ver.
- Ata, haqqında kim nə deyir desin, hansı səhvi edirsən et, mən sənin yanında olacam.
- Yeri gəlmişkən, yavaş - yavaş hazırlaş. Avqustdan sonra toy eləmək lazımdı. Çox nişanlı qalmaq elə bilirsən yaxşıdır?
- Yaxşı ata. Biz evlənəndən sonra burda yaşayacağıq?
- Əlbəttə yox! Birgə ev də axtarın tapın. Tapdığınız evi almaq mənim boynuma. Nə isə oğlum, gecən xeyrə qalsın. Səhər tez durmalıyam.
- Gecən xeyrə ata.
***
Səhər Kərimgil süfrə arxasında bir-birilərini salamlamaqdan başqa bir kəlmə də kəsmirdilər.
Heç kimin danışmağa halı yox idi. Kərim arada Cəmiləyə baxırdı. Cəmilə özünü şübhəli aparmırdı. Daha heç nə vecinə deyildi. Arada bezəndə iplərin tamam kökündən qırılmasını istəyirdi. Ev telefonuna gələn zəng Aybənizin qorxmasına səbəb oldu, əlini qarnına qoydu. Cəmilə tərs-tərs qızına baxdı. Xadimə qonaq otağına gəlir, telefonun dəstəyini götürür
- Allo... Bəli... Bir dəqiqə...
Xadimə üzünü Cəmiləyə tutur
- Sizi istəyirlər. Aynur xanımdı.
Cəmilə dəstəyi xadimənin əlindən alır. Xadimə otaqdan çıxır.
Cəmilə - Aynur, necəsən? Nə vaxt gəlmisən? Əlbəttə, oteldən gəlib götürərəm. Naraha olma, 10 dəqiqəyə çıxacam evdən. Necə sevindirdin məni. Yaxşı, yaxşı. Sağ ol.
Cəmilə dəstəyi yerinə qoydu.
- Almaniyada yaşayan refiqem Aynur qayıdıbdı.
Səfər - Rəhmətlik Əlövsət dayının arvadı Aynur xala?
Cəmilə - Aha,
Kərim - Rafiqə deyərəm aparar səni.
Cəmilə - Bəlkə bir-iki həftə qaldılar bizdə.
Kərim - Qaldılar deyəndə, kim-kim gəlir?
Cəmilə - Qızı Lamiyə də gələcək.
Kərim - Qalsınlar. Aynur çox yaxşı insandı.
Cəmilə - Atanızla təzə evlənmişdik. Bal ayımızı onlarda keçirdik. Onlar bizdən əvvəl evlənmişdilər. İki il uşaqları olmadı. İndi Lamiyə Səfərdən bir yaş böyükdü.
Kərim - Əlövsət indi istəməsin, məni çox istəyirdi.
Səfər - Ruhu şad olsun.
Kərim ayağa qalxdı - Amin. Yaxşı, mən getdim işə.
Cəmilə ayağa qalxdı, Kərimi qapıyacan yola saldı. Səfər də atasının arxasınca çıxmağa hazırlaşırdı, ayaqqablarını geyinirdi.
- Hələlik, işə gecikməyim.
- Elə danışdın ki, guya müdir yox, işçisən. Guya bilmirəm, o ifritəni hər gün evdən işə, işdən evə aparırsan.
- Bir aydan sonra gəlinin olacaq. Onda da qəbul etməyəcəksən?
- Ölərəm, yiyəsizi qəbul etmərəm. Səhər-səhər qanımı qaraltma.
Səfər susdu, evdən çıxdı.
Atası həyətdə siqaret çəkirdi. Səfər Fidanın ona Təhminə haqqında dediklərini xatırladı.
***
Fidan - Təhminəylə Kərim dayı ilə anış olmamışdan əvvəl restoranda rəqqasəlik edirmiş. Indi işləmir.
Səfər - Bu Təhminənin neçə yaşı var?
Fidan - Səninlə yaşıddır, iyirmi beş.
Səfər - Bilmirəm atama nə deyim. Atama heç nə deməyəcəm. Öz həyatıdır. Anamın da rolu az olmadı burda. Nə isə... Heç qarışmağım da düzgün çixmaz. Aramızdakı pərdəni götürmək istəmirəm.
***
Səfər atasına yaxınlaşdı.
- Ata, səni işə apara bilərəm.
- Düzü maşın sürməyə həvəsim yoxdur.
Ata-oğul maşına oturdular. Səfər yolda atasından heç nə soruşmadı. Kərim çox fikirliydi. Kərim iş yerinin qabağında düşdü. Oğluyla heç sağollaşmadıda. Səfər qapıdan içəri girənə kimi atasına baxdı.
Sonra Fidanı evlərindən götürdü, birlikdə işə gəldilər.
***
Cəmilə Rafiqlə rəfiqəsi Aynurun qaldığı otelə gedirdilər. Yolda tıxac oldu, gözləməli oldular. Cəmilə Rafiqi süzürdü, düşünürdü ki, Rafiq Aybənizə uyğun namizəddir. Onları rüsvayçılıqdan ancaq Rafiq qurtara bilərdi.
Cəmilə Rafiqi qurtuluş kimi görəndə Aybənizdə Elçinlə onun kirayə qaldığı evə gəlmişdi.
Elçin Aybənizin qolundan tutub qapının ağzınacan dartdı.
- Başa düş, səni sevmirəm. Həvəs idi, yatdım qurtardı getdi.
- Ay əclaf, bətnimdəki sənin uşağındı.
- Hmm... İnandım. Mənim yatağımdan çıxıb neçəsinin yatağından keçmisən, allah bilir.
- Yaxşı, birdə gəlməyəcəm. Amma bu uşağı da doğacam.
- Atanla qardaşına nə deyəcəksən? Uşağı sənə, səni də uşağa qatacaqlar.
- Elə bilirsən səni sağ qoyacaqlar? Heç xəbərin də yoxdur kimin qızıyam.
- Ay zəli, axşam köçürəm. Məni çətin tapasız.
- Deməli köçürsən? Səni türmədə arvad vidinə salmaq atamın borcu olsun. Bu gecə atama hər şeyi danışacam. Mən öləcəyəmsə, sən də ölmək üçün yalvaracaqsan.
Aybəniz qapını açdı.
- Onda başa düşərsən icra başçısının qızına sataşmaq nə deməkdir.
Aybəniz evdən çıxıb qapını çırpdı. Elçin təəccübdən yerində quruyub qalmışdı. Deməli, yatağına saldığı qız imkanlı ailənin qızıymış.

Rafiq Cəmiləni, Aynuru və qızı Lamiyəni evə gətirəndə Aybəniz evdə yoxuydu. Xadimə səhərdən çıxdığını söylədi. Aybəniz dəmir qapıdan həyətə girən kimi ağladı. Rafiq Aybənizə yaxınlaşdı.
- Sizə nə olub Aybəniz xanım?
Aybəniz Rafiqə cavab verə bilmirdi. Ağır addımlarla evə tərəf gedirdi. Rafiq: - Evdə qonaqlar var.
Aybəniz ətrafına baxdı, bir vaxtlar Fidangilin qaldığı evə tərəf getdi, içəri girdi, hönkür-hönkür ağladı. Rafiq də onun arxasınca çıxdı.
Xadimə qapının ağzında bunları görən kimi içəri keçdi. Xadimənin yaşı otuzu keçsə də, yaşından gənc görünürdü. Cəmiləyə yaxınlaşdı, qulağına gördüklərini pıçıldadıqca Cəmilənin üzünün ifadəsi dəyişirdi. Cəmilə Aynura - Siz rahat olmayın, mən bir azdan gələcəm.
Cəmiləylə xadimə evdən çıxdılar, Çiçəkgilin qaldığı evə tərəf getdilər.
Cəmilə qapını açanda Aybənizin başını Rafiqin sinəsinə qoyub ağladığını gördü.
Cəmilə - Siz burda neynirsiz?
Aybəniz Rafiqdən aralaşdı.
- Ana, fikirləşdiyin kimi deyil.
- Sən illərcə evimizin çörəyini yedin ki, qızıma sataşasan?
Rafiq - Siz nə danışırsınız Cəmilə xanım. Sadəcə ağlayırdı, mən...
- Kəs səsini. Cavabını Kərimə verəcəksən.
Cəmilə Aybənizin qolundan dartdı
- Düş qabağıma, sevməyə oğlan tapmadın?
- Onun gunahı yoxdu. Sən nə danışırsan?
Cəmilə Aybənizin qolundan tutur, evə girirlər. Aybənizin hönkürtü ilə ağlamasına Aynurla qızı Lamiyə qapının ağzına gəlirlər.
Aynur - Nə olub? Niyə ağlayırsan Aybəniz?
Aybəniz ağlayırdı, Cəmilə qızını divara itələdi
- Gözünün yaşını süzdürmə. Cəhənnəm ol otağına, gözüm səni görməsin.
Aybəniz pilləkanları qaçaraq qalxdı, Lamiyədə onun arxasınca getdi. Aynurla Cəmilə qonaq otağına keçdilər.
- Sürücüylə bir- birilərini sevirlərmiş. Bunun öhdəsindən ancaq atası gələ bilər.
- Sevgidir bu Cəmilə. Nahaq qızını pərt elədin. Oğlan da pis oğlana oxşamır.
- Harda acından ölən var gəlib bizi tapır. Qardaşı qulluqçu qızına ilişdi, bu da...
Cəmilə özündən asılı olmadı, gözləri doldu.
- Bədbəxt qadınam, bədbəxt. Hərtərəfli bədbəxt.
Aynur Cəmiləyə təsəlli verirdi.
- Ay Cəmilə, bəsdir görüm. Bədbəxt niyə olursan? Danış, ürəyini boşalt.
Cəmilə ağlayırdı.
Aybəniz başını Lamiyənin dizlərinə qoymuşdu. Lamiyə ağlamaması üçün sakitləşdirirdi.
- Nahaq ağlayırsan. Zamanla anan başa düşəcək səni. Rafiq pis oğlana oxşamır. Bir-birinizə demək olar yaraşırsınız.
Aybəniz başını qaldırdı
- Sən nə danışırsan Lamiyə. Rafiqlə aramda heç nə yoxdur. Anamın planı nədir bilmirəm, amma Rafiqlə aramda sevgi adlı heç nə yoxdur
Lamiyə təəccüblə soruşur
- Cəmilə xalanın nə marağı ola bilər? Özüdə sürücünüzlə.
Aybəniz diqqətlə Lamiyənin gözlərinə baxdı. Hiss edirdi ki, Lamiyəyə güvənmək olar.
- Sənə bir sirr açacam. And iç ki, aramızda qalacaq.
- Əlbəttə əzizim, güvən mənə.
- Lamiyə, mən hamiləyəm. Başqa adamdan. O adam məni qəbul etmir. Sevmir məni.
Lamiyə eşitdiklərinə inana bilmirdi. Ağzı açıq qalmışdı...

Ardı var...

Oxşar Xəbərlər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam