Kənan AYDINOДћLU.Ећeirlər

15-10-2015, 16:00
615 dəfə Oxundu.

Kənan AYDINOДћLU.Ећeirlər

Kənan AYDINOДћLU.Ећeirlər


Anam Türkiyənin bir parçasısan

Anam Türkiyənin bir parçasısan,
Gördükcə səni şad oldum, Adana!
Qəriblər qəribdi qərib dünyada,
Dünyada mən də yad oldum, Adana!

Qoynunda dil açan yeni nəğmələr,
Dodaqdan dodağa süzülüb gəldi.
Hüsnü camalına tamaşa üçün,
Ərənlər torpağa düzülüb gəldi.

Günəşlə birlikdə oyanan səhər,
Üzünə nurunu səpib gələcək.
Köhnə xatirəni təzələməkçün,
Sənin yanağından öpüb gələcək.

Daha gözlərində qəm olmayacaq,
Hər səhər sübh çağı dan söküləndə.
Məğrur görünəssən həyatın boyu,
Yağışın yerinə nur töküləndə.

Atatürk yurdunda şükür millətin,
Qarışıq düşmədi yası və toyu.
Sən nə İstanbula, nə Ankaraya,
Düzü, bənzəməssən həyatın boyu.

15 sentyabr 2014-cü il.Bakı şəhəri

Bu dünya şairin nəyinə gərək?!

Günahı duayla yuyub gəlibdi,
Ömrü şeir üçün qoyub gəlibdi,
Onsuz da dünyadan doyub gəlibdi,
Bu dünya şairin nəyinə gərək?!

Divara daş kimi vurulub qalan,
Bir göz qrpımında durulub qalan,
Yalan üzərində qurulub qalan,
Bu dünya şairin nəyinə gərək?!

Süleyman mülküdü qalan ha deyil,
Ећairi yadına salan ha deyil.
Ећairin könlünü alan ha deyil,
Bu dünya şairin nəyinə gərək?!

Əhd-peyman bağlamaz sonuna qədər,
Dağılmaz gözündən qəm ilə kədər.
İstər gündüz olsun, istərsə səhər,
Bu dünya şairin nəyinə gərək?!

Sevinib, şadlanıb, gülən deyil ki,
Ömrü başa vurub ölən deyil ki,
Sevinci, kədəri bölən deyil ki,
Bu dünya şairin nəyinə gərək?!

8-10 iyun 2015-ci il.Bakı şəhəri.

BU SƏHƏR USTADIN RƏSMİNİ GÖRDÜM

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair
Ustad Məhəmmədhüseyn Ећəhriyara sevgi və sayqılarla!

"Hələ "Heydərbaba" yaddaşımızda,
Ustadın kəlməsi dilimizdədir".
Müəllif.

Bu səhər ustadın rəsmini gördüm,
Neyləyim, kövrəyəm gözlərim doldu.
Yenə də Ustadı xatirələrdə,
zaman-zaman anan sözlərim oldu.

Ећimallı-cənublu şairimizsən,
İllərin həsrəti yorsa da, bizi.
O tayda gözlərin dolduğu zaman,
Həsrətlə yandırıb-yaxdın Təbrizi.

Səhəndə yazdığın məktublar özü,
Gözlərin həsrəti, qəlbin dağıdır.
Ruhunun önündə əyilməyimiz,
Bakının Təbrizlə görüş çağıdır.

Analar anası Kövhək ananın,
Ruhuna ehtiram bəslənməlidi.
Daha o gözlərdən sevinc, nur yağır,
Dünya harayına səslənməlidi.

5 oktyabr 2014-cü il. Bakı şəhəri.
Kənan AYDINOДћLU.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam