Eldar Nəsibli SİBİREL."Min il gəzsələr də..."

27-11-2015, 19:30
0
Жалоба

Eldar Nəsibli SİBİREL."Min il gəzsələr də..."


1975

Vallah, səni bir də sevə bilərəm,
Sənə də sirr olar bu "qəbahətim"
Bütün sərhədləri yarıb gələrəm,
Demə ki, qalmayıb buna taqətim.

Sənin məhəbbətin yağar dünyaya,
Həsrətlər, möhnətlər qırğına düşər.
Günəş pəncərəndən doğar dünyaya,
Hissim də, ruhum da yanğına düşər.

Gecə pəncərənə mələklər qonar,
Qaranlıq ağarar ay işığında.
Heyrətdən göylərdə fələklər donar,
Qolları açılar sarmaşığın da.

Bu qəfil sevincdən buludlar dolar,
Qərib durnalar da köçündən keçər.
Səni evinizə aparan yollar,
Gəlib gözlərimin içindən keçər.

Qovaram dünyadan kədəri, qəmi,
Çəkilər dağlardan dumanlar, sislər.
Elə gizləyərəm sinəmdə səni,
Min il gəzsələr də tapa bilməzlər...


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация